
UEFA azərbaycanlı FİFA referisi Kamal Umudluya növbəti dəfə etimad göstərib.
Fanat.Az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə matçında baş hakim olacaq.
Umudluya laynsmanlar qismində Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən "Tatran" stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.