
Futbol üzrə Almaniya millisinin futbolçusu Lennart Karl dünya çempionatında oynamayacaq.
Fanat.Az Almaniya Futbol İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, sıradan çıxıb.
O, Çikaqoda ABŞ yığmasına qarşı yoldaşlıq oyunundan öncəki məşqdə zədələnib. Lennaetın əvəzinə milliyə "Leyptsiq"in yarımmüdafiəçisi Assan Uedraoqo çağırılıb.
Uedraoqo millidə ötən ilin noyabrında Slovakiya üzərində 6:0 hesablı qələbə qazandıqları matçda - DÇ-2026-nın seçmə mərhələsinin oyununda debüt edib və bu görüşdəki son qolu vurub.
Almaniya yığması mundialda E qrupunda yer alacaq. Yulian Nagelsmannın çalışdırdığı kollektiv Kurasao, Kot-divuar və Ekvadorla mübarizə aparacaq.
Toğrul