
Dünya futbolunda böyük bir qalmaqal yaşanır.
Fanat.Az xəbər verir ki, Kabo-Verde milli komandasının kapitanı Rayan Mendes Yeni Zelandiyada təcavüz ittihamı ilə istintaqa cəlb olunub.
Braziliyanın məşhur "Globo" nəşrinin yaydığı məlumata görə, bir qadın təcrübəli futbolçunu 2025-ci ilin mart ayında Oklenddəki otellərin birində baş tutan hadisəyə görə rəsmən ittiham edib.
Zərərçəkmiş şəxs bildirib ki, Mendesin Dünya Kuboku heyətindən çıxarılması tələbi ilə həm FIFA, həm də Kabo-Verde Futbol Federasiyası ilə əlaqə saxlanılsa da, hər iki qurum bu müraciəti cavabsız qoyub.
Baş verən hadisələrlə bağlı qısa açıqlama verən FIFA, "hər hansı bir qanunsuz davranış ittihamına son dərəcə ciddi yanaşdıqlarını" bildirsə də, məsələnin detalları barədə əlavə şərh verməkdən imtina edib.
Kamil Xudiyev