
Futbol üzrə Argentina millisinin 39 yaşlı superulduzu Lionel Messi dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Leo mundiallarda məhsuldar ötürmələrinin sayını 10-a çatdıran ilk oyunçudur.
Messi bu göstəriciyə DÇ-2026-nın 1/4 finalında İsveçrə millisi ilə oyunda nail olub.
Komanda yoldaşı Aleksis Makallister onun assistentliyi ilə hesabı açıb.
Qeyd edək ki, Messi əvvəlki mərhələdə Misir millisi ilə qarşılaşmada (3:2) dünya çempionatlarında məhsuldar ötürmələrin sayına görə həmyerlisi Dieqo Maradonanı geridə qoyaraq rekordçuya çevrilmişdi.
Toğrul