
Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində baş tutan Norveç - İngiltərə matçının (1:2) ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, britaniyalıların yarımmüdafiəçisi Cud Bellinqem fərqləndirilib.
Sözügedən oyunçu görüşün 45+2 və 93-cü dəqiqələrində vurduğu qollarla komandasını yarımfinala daşıyıb.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundialdakı mübarizə iyulun 19-da reallaşacaq.
Nihat