
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İngiltərə yığmasına əlavə vaxtda uduzaraq (1:2) mübarizəni dayandıran Norveç seçməsinin baş məçqçisi Stole Solbakken yenilgini şərh edib.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, matçın ardından baş turan mətbuat konfransında belə danışlb:
"Əlbəttə, yenilgiyə görə çox üzgünəm, amma eyni zamanda bu komanda ilə fəxr edirəm. Futbolçularımız son altı həftə yarım ərzində möhtəşəm iş gördülər. Onlar bütün Norveç xalqını sevindirdilər, böyük rəğbət qazandılar. İngiltərəni qələbə münasibətilə təbrik edir və onlara turnirdəki sonrakı mübarizədə uğurlar arzulayıram".
Xatırladaq ki, İngiltərə seçməsi yarımfinalda Argentina ilə üz-üzə gələcək.
Nihat