
DÇ-2022-nin son iki seçmə oyununda Cəbəlütariq və Monteneqro ilə qarşılaşacaq Türkiyə millisində növbəti zədə şoku yaşanıb.
Fanat.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası açıqlama yayaraq, məşqdə sağ dizindən zədə alan Ozan Tufanın heyətdən çıxarıldığını bildirib.
İki gün əvvəl isə digər milli üzvü Cengiz Ündər də zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı.
Qeyd edək ki, Türkiyə Cəbəlütariqlə bu gün üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mirağa