
Portuqaliya millisinin superulduzu Kriştianu Ronaldu DÇ-2022-nin seçmə mərhələsinin son turunda qarşılaşacaqları Serbiya ilə oyundan öncə azarkeşlərə müraciət edib.
Fanat.Az xəbər verir ki, "7 nömrə" şəxsi "Twitter" hesabında belə yazıb:
"Məhz Portuqaliya və portuqaliyalılar üçün yenidən dünya çempionatına qatılmaq istəyirik. Portuqaliya və portuqaliyalıların gücü sayəsində istəyimizə çatacağıq! Sizin dəstəyinizə güvənirik! Qətərə doğru, irəli!"
Qeyd edək ki, 1 xalla sonuncu olacağı dəqiqləşən Azərbaycan yığması ilə eyni qrupda yer alan Portuqaliya və Serbiya hərəyə 17 xal toplayıb. Bu gün münasibətlərinə aydınlıq gətirəcək tərəflərdən yalnız biri DÇ-yə birbaşa vəsiqə qazanacaq.
Nihat