
Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu tur start götürüb.
Fanat.Az xəbər verir k, ilk oyun günün 4 qrup üzrə 10 görüş reallaşıb.
A qrupunda Portuqaliya Serbiyanı qəbul edib. Qonaqlar mundiala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalı idisə, Kriştianu Ronaldu və komanda yoldaşları bərabərlik sayəsində də buna nail olacaqdı. Lakin hesabda geri düşməsinə baxmayaraq, Serbiya geridönüş edərək adını mundiala yazdırıb. Qrupun digər matçında Lüksemburq öz meydanında İrlandiyaya böyük hesabla uduzub.
B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olub. Skandinaviyalılar DÇ-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionunu yenməli idi. Meydan sahibləri bərabərlik sayəsində də istəyinə çatacaqdı. Amma İspaniya yığması buna qələbə ilə nail olub. Yunanıstan – Kosovo görüşü isə bərabərliklə bitib.
H qrupunun əhəmiyyəti oyunu Xorvatiya və Rusiya komandaları arasında olub. Xorvatiyalılar yalnız doğma meydanda qələbə qazansa, mundialda iştirakı təmin edəcəkdilər. Sözügedən komanda minimal hesabla qalib gəlib və DÇ-yə vəsiqə qazanıb. Qrupun digər oyunlarına gəlincə, Malta Slovakiyanı, Sloveniya isə Kipri qəbul edib. Slovakiya və Sloveniya yığmaları bu oyunlardan qalib ayrılıb.
J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edib. Almaniya vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirsə də, bu oyunda darmadağınla qalib gəlib. Şimali Makedoniya isə son oyunda qələbə qazanmaqla pley-offda oynamaq hüququ əldə edib. Rumıniya yığması da Lixtenşteyn üzərində inamlı qələbəyə sevinib.
İndiyə qədər Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.
DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
14 noyabr
A qrupu
Lüksemburq – İrlandiya 0:3
Qollar: Daffi, 67. Oqbene, 75. Robinson, 88.
Portuqaliya – Serbiya 1:2
Qollar: Sançes, 2 – Tadiç, 33. Mitroviç, 90.
Xal durumu: Serbiya – 20, Portuqaliya – 17, İrlandiya – 9, Lüksemburq – 9, Azərbaycan – 1.
B qrupu
Yunanıstan – Kosovo 1:1
Qollar: Masuras, 44 – Rrahmani, 76.
İspaniya – İsveç 1:0
Qol: Morata, 86.
Xal durumu: İspaniya – 19, İsveç – 15, Yunanıstan – 10, Gürcüstan – 7, Kosovo – 5.
H qrupu
Malta – Slovakiya 0:6
Qollar: Rusnak, 6; 16. Duda, 8; 69; 80. De Marko, 72.
Sloveniya – Kipr 2:1
Qollar: Zayç, 48. Çerin, 84 – Kakulis, 89.
Xorvatiya – Rusiya 1:0
Qol: Kudryaşov, 81-öz qapısına.
Xal durumu: Xorvatiya – 23, Rusiya – 22, Slovakiya – 14, Sloveniya – 14, Malta – 5, Kipr – 5.
J qrupu
Lixtenşteyn – Rumıniya 0:2
Qollar: Man, 8. Banku, 87.
Şimali Makedoniya – İslandiya 3:1
Qollar: Alioski, 7. Elmas, 65; 87 – Torsteynsson, 54.
Ermənistan – Almaniya 1:4
Qollar: Mxitaryan, 59-pen. – Haverts, 15. İ.Gündoğan, 45+4-pen; 50. Hofmann, 64.
Xal durumu: Almaniya – 27, Şimali Makedoniya – 18, Rumıniya – 17, Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1.