01:47 16.11.2021 1821

DÇ-2022: İngiltərə və İsveçrə mundialda, İtaliya bacarmadı

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun növbəti oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, C, F və I qrupları üzrə 8 görüş reallaşıb.

C qrupunda İtaliya millisi səfərdə Şimali İrlandiya ilə, İsveçrə isə evdə Bolqarıstanla qarşılaşıb. İtaliya yalnız top fərqinə görə isveçrəliləri üstələyirdi. Bu mənada, komandalar final mərhələsinə birbaşa vəsiqə üçün xal ititrməməklə yanaşı, böyük hesablı qələbə qazanmalı idilər. İtaliya yığması bu vəzifənin öhdəsindən gələ bilməyib. Sözügedən komanda Şimali İrlandiya ilə oyundan qolsuz ayrılıb. Əvəzində İsveçrə yığması darmadağınla qalib gələrək qrup birincisi olub və mundiala birbaşa vəsiqə qazanıb. İtaliya yığması isə ikinci yeri tutmaqla pley-offda oynamaq məcburiyyətində qalıb.

F qrupunda bütün suallara aydınlıq gəldiyindən, Şotlandiya – Danimarka qarşılaşması formal xarakter daşıyırdı. 27 xala malik Danimarka seçməsi final mərhələsinə, 20 xalı olan Şotlandiya isə pley-offa vəsiqəni əvvəlcədən rəsmiləşdirmişdi. Danimarkalılar son oyunda 2 cavabsız qolla uduzublar. İsrail – Farer adaları və Avstriya – Moldova qarşılaşmalarının nəticələri isə 3-cü pillənin taleyinə aydınlıq gətirib. Hər iki oyunda meydan sahibləri qələbə qazanıblar. Yekunda üçüncü yeri İsrail yığması tutub.

I qrupuna başçılıq edən İngiltərə millisini DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq üçün San Marino ilə səfər oyununda heç-heçə də qane edirdi. Amma ingilislər bu görüşdə 10 cavabsız qolla qalib gəliblər və dünya çempionatına vəsiqə qazanıblar. İkinci sırada yer alan Polşa yığması isə mundiala birbaşa yollanmaq üçün evdə Macarıstana böyük hesabla qalib gəlib İngiltərənin “cırtdanlar”a uduzmasını gözləməliydi. Amma ingilislər uduzmadığı kimi, polşalılar da macarlarla ev oyunundan məğlub ayrılıblar. Bu, Polşa yığmasının qrup ikincisi olmasına və pley-offa vəsiqə qazanmasına mane olmayıb. Albaniya yığması da Andorra üzərində qələbəyə sevinərək seçmə mərhələni qrup üçüncüsü kimi tamamlayıb.

Daha öncə Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmalarının mötəbər yarışda iştirak hüququ qazandığı dəqiqləşmişdi.

DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
15 noyabr

C qrupu

Şimali İrlandiya – İtaliya 0:0

İsveçrə – Bolqarıstan 4:0
Qollar:
Okafor, 48. Varqas, 57. İtten, 72. Freuler, 90+1.

Xal durumu: İsveçrə – 18, İtaliya – 16, Şimali İrlandiya – 9, Bolqarıstan – 8, Litva – 3.

F qrupu

İsrail – Farer adaları 3:2
Qollar:
Dabbur, 30. Vaysmann, 58. Perets, 75 – Vatnhamar, 62. Olsen, 72.

Şotlandiya – Danimarka 2:0
Qollar
: Souttar, 35. Adams, 86.

Avstriya – Moldova 4:1
Qollar:
Arnautoviç, 4; 55-pen. Trimmel, 22. Lyubiçiç, 83 – Nikolaesku, 60.

Xal durumu: Danimarka – 27, Şotlandiya – 23, İsrail – 16, Avstriya – 16, Farer adaları – 4, Moldova – 1

I qrupu

San Marino – İngiltərə 0:10
Qollar:
Maquayr, 6. Fabbri, 15-öz qapısına. Keyn, 27-pen; 32; 39; 42. Smit Rou, 58. Minqs, 69. Abraham, 78. Saka, 79.

Albaniya – Andorra 1:0
Qol:
Çekici, 74-pen.

Polşa – Macarıstan 1:2
Qollar:
Sviderski, 62 – Şafer, 37. Qazdaq, 80.

Xal durumu: İngiltərə – 26, Polşa – 20, Albaniya – 18, Macarıstan – 17, Andorra – 6, San Marino – 0.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyun 2026
17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

16:27

"Bu komandanın xüsusi xarakteri var" - Xavyer Aqirre

16:09

"Səbail" 5 legioner transfer edəcək - "Çempionluq yolunda Mehdinin bizə çox köməyi dəyəcək"

15:51

Oyarsabal "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatları təsdiqlədimi? - AÇIQLAMA

15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

13:07

"Bu səviyyədə çıxış edə biləcək daha çox oyunçuya sahib olmalıyıq"

12:48

Çexiya - Meksika matçının ən yaxşı oyunçusu bilindi

12:30

Millimizin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək

12:12

"Zirə"dən ayrılan yarımmüdafiəçi "Araz-Naxçıvan"da - RƏSMİ

11:53

Cənubi Koreyanın baş məşqçisi CAR-a məğlubiyyətə görə məsuliyyət daşıyan şəxsin adını açıqladı

11:27

Ançelotti Şotlandiya ilə oyundakı darmadağın barədə nə danışdı?

11:09

Mehdi Cənnətovun yeni klubu bilindi - RƏSMİ

10:51

FİFA daha bir dünya çempionatının evsahibliyini Azərbaycana verdi

10:30

Bir qol və bir məhsuldar ötürmə ilə diqqət çəkdi, matçın ən yaxşı oyunçusu oldu

10:07

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

09:48

DÇ-2026: E qrupunda 3-cü turun son oyunları başlayır, Almaniya növbəti sınağına çıxır

09:25

Şotlandiya - Braziliya dueliin ən yaxşı futbolçusu məlumdur

09:00

DÇ-2026: İlk pley-off cütü bilindi

08:00

DÇ-2026: Braziliya ilə Meksika növbəti mərhələyə darmadağınla yüksəldi

05:31

Neymar Pelenin rekordunu təkrarladı

04:44

"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük" - Sergey Barbarez

04:29

Qrupda qalan Qətər millisinin ispaniyalı çalışdırıcısı belə danışdı

02:32

Bosniya və Herseqovina - Qətər matçının ən yaxşı futbolçusu bilindi

02:00

Manzambi İsveçrə - Kanada oyununun ən yaxşısıdır

01:31

Messi və Ronaldu elə bir şey etdilər ki...

00:57

DÇ-2026: İsveçrə B qrupunu lider tamamladı, Bosniya 3 xalı 3 qolla qazandı

24 İyun 2026
23:49

Mourinyunun "Real Madrid" planı bəlli oldu

23:07

Azərbaycanı Praqada keçiriləcək Avropa Açıq Turnirində 15 cüdoçu təmsil edəcək

22:36

"Sabah" Rumıniya klubu ilə heç-heçəyə razılaşdı

21:54

Marko Palestra London yolunda

21:27

"Barselona"da Ferran Torres satılır: Hədəfdə isə...

Facebookdan bizi izləməyi unutmayın.
X