
Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Argentina ilə oyunu buraxacaq.
Fanat.Az Braziliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, müəyyən ağrıları olan ulduz forvard səfər matçına aparılmayacaq.
Daha öncə Argentina millisinin çalışdırıcısı Lionel Skaloni Neymarın PSJ-dəki komanda yoldaşı Lionel Messinin prinsipial matçda oynamağa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Braziliya mundiala vəsiqəni vaxtından əvvəl təmin edib.
Nihat