
Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.
Fanat.Az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.
Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarını da yasaqlayıb. Qərara əsasən, sözügedən ölkənin bütün yığmaları ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün Beynəlxalq Olimpiya Komitəsi və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.