
Polşa Futbol İttifaqının (PZPN) prezidenti Çezare Kuleşa FİFA-nın Rusiya millisinə tətbiq etdiyi qadağalara rəğmən, bu rəqiblə DÇ-2022-nin pley-off matçına çıxmayacaqlarını bildirib.
Fanat.Az xəbər verir ki, bunu Kuleşa şəxsi "Tvitter" hesabında yazıb:
"FİFA-nın bəyanatı bizim üçün qəbuledilməzdir. Mövqeyimiz dəyişmir: Polşa Rusiya təmsilçisinin adının necə olacağına baxmayaraq, bu rəqib ilə üz-üzə gəlməyəcək".
Qeyd edək ki, FİFA Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib. Ali futbol qurumu həmçinin sözügedən ölkədə bütün yığmaların futbol oyunlarını da yasaqlayıb. Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək.
Emin