
Qətərdə keçiriləcək DÇ-2022-nin iştirakçılarının bir qismi mundiala aparacağı futbolçuların adını açıqlayıb. Əsas heyətində yer alacaq oyunçularının adı maraqla gözlənilən millilərdən biri də Braziliya seçməsi idi.
Fanat.Az xəbər verir ki, "pentakampeonlar" dünyanın ən mötəbər yarışına 26 futbolçu ilə yollanacaq.
"Sambaçılar" turnirin əsas favoritlərindən biri hesab olunur. Komandanın heyətində yer alan bütün oyunçuları tanınmış futbolçulardır:
Qapıçılar: Alisson ("Liverpul"), Ederson ("Mançester Siti"), Veverton ("Palmeyras").
Müdafiəçilər: Tiaqo Silva ("Çelsi"), Markinyos (PSJ), Danilo ("Yuventus"), Aleks Telles ("Sevilya"), Aleks Sandro ("Yuventus") Eder Militao ("Real"), Bremer ("Yuventus"), Dani Alves ("UNAM Pumas"),
Yarımmüdafiəçilər: Brunu Qimarayns ("Nyukasl"), Kazemiro ("Mançester Yunayted"), Lukas Paketa ("Lion"), Fabinyo ("Liverpul"), Fred ("Mançester Yunayted"), Everton Ribeyro ("Flamenqo")
Hücumçular: Neymar (PSJ), Vinisius Junior ("Real Madrid"), Antoni ("Mançester Yunayted"), Rodriqo ("Real"), Rişarlison ("Tottenhem"), Rafinya ("Barselona"), Qabriel Martinelli ("Arsenal"), Pedro ("Flamenqo"), Qabriel Jezus ("Arsenal")
Komandanın üzvlərinin çıxış etdiyi klubların siyahısında tanınmamış klub yoxdur. Bundan əlavə, adı sadalanan futbolçuların hər biri çıxış etdiyi klubun əsas heyət oyunçularıdır.
Şübhəsiz ki, bu fakt Cənubi Amerika təmsilçisinin çempionatın aşkar favoriti edir.
Braziliya millisi turnirin G qrupunda Kamerun, Serbiya və İsveçrə yığma komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, DÇ-2022 çərçivəsində"pentakampeonlar" ilk oyununu noyabrın 28-i İsveçrə seçməsinə qarşı keçirəcək.
Emin Şəmsiyev