Naxçıvanın «Araz» futbol klubunun yeni loqosu müəyyənləşib. Fanat.az xəbər verir ki, I divizionda mübarizə aparacaq komandanın loqosunda yer alan qalxan Naxçıvanın blokadada olmasına, mətinliklə buna sinə gərməsinə, bir tərəfdə göy, digər tərəfdə yaşıl, ümumi fonda qırmızı rəngin olması Azərbaycan bayrağına, ortadakı Mömünə Xatun türbəsi isə Naxçıvanın əzəmətinə və tarixinə işarədi.
İdman24.az