15:48 28.04.2014 763

Fərhad Əliyev: "Synergy Baku”ya inanırıq" - MÜSAHİBƏ

Mayın 7-11-də keçiriləcək "Tour d`Azerbaidjan-2014” veloyürüşü ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin müsahibəsi


- "Tour d`Azerbaidjan-2014” veloyürüşünə hazırlıq işləri necə gedir?

- Beynəlxalq veloyürüşün startına çox az vaxt qalıb və artıq təşkilati işlər özünün ən son mərhələsinə qədəm qoyub. Yarışla əlaqədar ölkəmizə 600-ə yaxın qonağın gəlməsi gözlənilir və onların qarşılanması, yerləşdirilməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. Ümumilikdə bu yarışda 22 ölkədən hər birinin heyətində 6 velosipedçi olan 25 komanda iştirak edəcək ki, onlardan da 8-i pro kontinental, 16-sı kontinental, 1-i isə milli komandadır. Bizi ən çox sevindirən məqam bu işdə müvafiq dövlər strukturları, nazirliklər, yerli icra hakimiyyətlərinin yarışın yüksək səviyyədə təşkili üçün yaxından iştirak etmələridir. Buna görə də onlara federasiyamız adından öz dərin təşəkkürümüzü bilridmək istərdim. Inanıram ki hamımızın birgə səylərimiz nəticəsində tur ən yüksək səviyyədə təşkil olunacaq.


- Ötən illə müqayisədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bu dəfəki yarışa 2.1 kateqoriyasını verməsi builki turun nə kimi yeniliklərlə yadda qalmasına şərait yaradacaq?

- 2013-cü il “Tour d”Azerbaidjan” yürüşünün yüksək səviyyədə təşkili UCI tərəfindən əla qiymətə layiq görüldü və bu bizə daha yüksək kateqoriyalı tur keçirməyə imkan verdi. Yarışımızın 2.1 kateqoriyasına layiq görülməsi hər şeydən öncə Azərbaycana daha güclü pro-kontinental komandaların gəlməsinə şərait yaradıb. Bundan başqa, UCI-ın bizim turumuza yüksək önəm verməsini sübut edən daha bir amil hakim təyinatları ilə bağlıdır. Belə ki, "Tour d`Azerbaidjan-2014”ün hakimləri içərisində dünyanın 1 nömrəli velosiped yarışı olan “Tour de France” veloyürüşündə baş hakimlik edəcək almaniyalı İnqo Rees də olacaq. Bundan başqa, biz Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının daimi iştirakçıları olan hakimləri də tura dəvət etmişik və onlar da Azərbaycana gələcəklər. Bunun özü isə yarışımızın hansı statusa malik olmasını bir daha sübut edir.


- Yarışın coğrafiyası ilə bağlı nə kimi yeniliklər var?

- Bu il yürüşümüzün 1-ci mərhələsində dəyişiklik var. Belə ki, əgər ötən il ilk mərhələ yalnız Bakı şəhərini əhatə edirdisə, bu il start Bakıda, finiş isə Sumqayıt şəhəində olacaq. Növbəti 3 gün ərzində iştirakçılar Ismayıllı, Qəbələ, Oğuz, Şəki, Şamaxı rayonlarında mübarizə aparacaqlar. Sonuncu mərhələ mayın 11-də Bakıda olacaq. Burada da bir yenilik etmək qərarına gəlmişik. Bildiyiniz kimi, gələn il Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının proqramında velosiped idmanı da var və biz «Tour d`Azerbaidjan-2014”ün sonuncu mərhələsini məhz Bakı-2015-in velosiped yarışlarının keçiriləcəyi yollara salmışıq. Bu bir növ bizim üçün həmin yarışa hazırlığımız kimi dəyərləndirilə bilər.


- Ötənilki yarışda “Synergy Baku” komandasının üzvləri kifayət qədər uğurlu çıxış etmişdilər. İlk mərhələ komandamızın üzvü Kristof Şvayzerin qələbəsilə başa çatmışdı. Bu il komandamızdan hansı nəticəni gözləmək olar və komandamızın heyəti artıq müəyyənləşibmi?

- Ötən illə müqayisədə bu dəfə daha çətin olacaq. Çünki, Azərbaycana gələcək 8 pro-kontinental komanda ilə mübarizə o qədər də asan deyil. Amma biz “Synergy Baku”ya inanırıq. Çünki velosipedçilərimizin 2014-cü il mövsümünə hazırlığı üçün lazım olan bütün şərait yaradılıb. Bundan başqa, heyətə kifayət qədər böyük təcrübəsi olan səviyyəli velosipedçilər cəlb edilib. Onların bu il keçirilən beynəlxalq yürüşlərdə - Yeni Zelandiya, Malayziya, Xorvatiyada qazandıqları nəticələr olduqca ürəkaçandır. O ki qaldı heyətə, düzdür ilkin heyət açıqlanıb, amma müəyyən dəyişikliklər ola bilər. Bu komanda üzvlərinin yarışöncəsi son hazırlıq durumundan asılı olacaq.


- Yarışın daha geniş təbliği üçün daha nə kimi işlər gürülür?

- "Tour d`Azerbaidjan” veloyürüşü indi idman həvəskarlarına daha yaxındır. Belə ki, bizim təşəbbüsümüzlə bu nüfuzlu yarışın kompüter oyun versiyası hazırlanaraq istifadəyə verilib. Artıq hər bir şəxs peşəkar velosipedçi kimi "Tour d`Azerbaidjan”ın virtual iştirakçısı ola bilər. Diqqət çəkən əsas məqamlardan biri də odur ki, fləş-oyun versiyasında marşrutlar Azərbaycanın bütün bölgələrini əhatə edir ki, bu da ölkəmizin dünyaya daha yaxından tanıdılmasına xidmət edir. Real yürüşdə olduğu kimi, oyun versiyasında da hər mərhələnin öz çətinlikləri var. Mayın 7-də start götürəcək “Tour d’Azerbaidjan-2014”ə qədər oyunda daha çox xal toplayan iştirakçı federasiyamız tərəfindən xüsusi mükafata layiq görüləcək. Oyunda iştirak etmək üçün yarışın rəsmi səhifəsinə daxil olmaq kifayətdir.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

Facebookdan bizi izləməyi unutmayın.
X