18:47 23.05.2014 808

Susduran fitə görətəşəkkürlər!

Azərbaycan Kubokunun son finalı da artıq tarixdi. Dünənki həlledici görüşün futboldan zövq almaq istəyənləri məyus etmədiyi dəqiqdi.


Hə, yaranandan bəri Avropa səhnəsinin nə demək olduğunu görməyən “Qəbələ”nin mövsümü titulsuz bitirməmək üçün dəridən-qabıqdan çıxan “Neftçi”yə oyunsonrası penaltilərlə boyun əyməsi tribunalarda çoxluq təşkil edən fanatları üzdü. Premyer Liqada “bürünc”ə sahib çıxmaqla Avroliqaya vəsiqəni rəsmiləşdirən “qırmızı-qaralar” paytaxtda azı 10 min azarkeşin dəstəyi altında oynadığını yada salıb klub kimi böyüməsi ilə qürur duymalıdı. Bərabərsəviyyəli mübarizə şəraitində keçən matçın taleyini “lotoreya” həll edibsə, təcrübə öz sözünü deyibsə və ən əsası flaqman ədalətli zəfərə sevinibsə, yenik tərəf ruhdan düşməməlidi.


Çempionatda üçüncü yeri tutmağa can atmadığını son turda Zaqatalaya eksperimental heyətlə yollanaraq isbatlayan “Neftçi” Mahir Şükürov və Araz Abdullayev kimi vacib fiqurların yoxluğunda istəyinə çatdı. Çempion titulunu “Qarabağa” verən “ağ-qaralar”ın Samir Məsimov, Məqsəd İsayev, Elşən Abdullayevin timsalında gənclərin xidmətindən yararlanaraq, önəmli qarşılaşmada sevinməsi özlüyündə neytral azarkeşlərin də ürəyinə yağ kimi yayılmalıdı. Maliyyə sıxıntısı yaşayan Bakı təmsilçisinin sınıq-salxaq heyətlə əsl komanda ruhu sərgiləməsi alqışalayiq idi.


Gərgin duelə təyinatı birmənalı qarşılanmayan Əliyar Ağayevə gəlincə, referi sözün əsl mənasında bütün söz-söhbətlərə nöqtə qoydu. Milyonları boşa xərcləyib günahı hakimlərdə axtaranların yersiz iddialarını alt-üst edən fit sahibi bəhanəbazların boğazını final fitiylə qurutdu. “Qəbələ”yə kubok söz verilib” şayiəsinin yayılması yolunda ifrat əmək xərcləyənlər bu gün utanırsa, deməli, hər şey qaydasındadı.


Zaman göstərdi ki, Xaqani Məmmədovun ölkə futboluna bəxş etdiyi Ağayev böyük gərginliyin altından çıxacaq səviyyəyə çatır. Xüsusilə, ötənilki finalda baş verənlərin ardından ədalət təmsilçisinin belə idarəçiliyi gerçək qətiyyət nümunəsi sayılmalıdı. Təbii,finaldan öncə PFL prezidenti Ramin Musayevə şikayətlənən Yuri Syominin Əliyarla bağlı artıq söz deməyə haqqı çatmadan şimallılarla vidalaşması xoş sonluq adlandırılmalıdı. Təşəkkürlər, Əliyar. Səhvlər üzərində öyrəndiyin, tərəfsiz, gənc azərbaycanlı hakim adı daşıdığın üçün.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X