15:45 11.06.2014 1019

Futbolçular AFFA və PFL-ə müraciət etdi

Bir qrup azərbaycanlı futbolçu AFFA İntizam Komitəsinin martın 7-də keçirilmiş iclasda qəbul olunmuş qərarla bağlı AFFA və PFL prezidentlərinə açıq məktub ünvanlayıb. Fanat.az-a göndərilən məktubda onlar I divizionda növbəti mövsümdən tətbiq olunacaq yaş limitinə etirazlarını bildirərək, qərarın dəyişdirilməsini istəyiblər. Məktubu olduğu kimi təqdim edirik:



Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti cənab Rövnəq Abdullayevə
Peşəkar Futbol Liqasının prezidenti cənab Ramin Musayevə

Hörmətli Rövnəq Abdullayev
Hörmətli Ramin Musayev

Son illər ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkə idmanı, o cümlədən futbolumuzun inkişafı istiqamətdə çox gözəl işlər görülür. Ölkə klublarının müxtəlif yaş qrupu üzrə komandalarının yaradılması, klubların infrastrukturunun gücləndirilməsi, dövlət hesabına stadionların tikilməsi və s. kimi təqdirəlayiq addımlar futbolumuzun gələcəyinə nikbin baxmaq üçün zəmin yaradır. Ancaq son 2 ildə limitlə bağlı qərarların mütəmadi olaraq dəyişdirilməsi görülən işlərə kölgə salmaqdadır.

Topaz Premyer Liqası üçün tətbiq olunan limitin azaldılması yerli futbolçuların inkişafı üçün zəmin yaradırsa, I divizion klubları üçün nəzərdə tutulan yaş limitinin gənc oyunçuların "məhvinə" səbəb olacağı şübhəsizdir.

Ötən ilin martında keçirilmiş AFFA-nın İcraiyyə komitəsinin iclasında klubların heyətində 21 yaşadək 8 futbolçunun meydana çıxması barədə qərar qəbul edildi. Qərar ciddi etirazla qarşılandı və məsələyə yenidən baxılaraq limit azaldıldı. Ancaq yumşaldılan qərar bu il martın 7-də keçirilən AFFA İcraiyyə komitəsinin iclasında yenidən gündəmə gətirildi: heyətdə 23 yaşadək 8 futbolçu oynamalıdır. Bu isə yaşı 23-ü keçmiş yüzlərlə gənc futbolçunun kənarda qalması deməkdir. Həyatını futbola həsr edən bu insanlar arasında başqa heç bir peşə sahibi olmayanlar da var ki, bu qərar onların işsiz qalması deməkdir. Onu da nəzərə almaq lazımdır ki, bu qərarın futbolumuzun sağalmağa doğru gedən köhnə "xəstəliyinin" - lipalaşdırmanın yenidən baş qaldırmasına rəvac verəcəyi də gözləniləndir, hətta, bəlkə də, şübhəsizdir.

Təkcə Premyer Liqada yerli futbolçulara tələbatın ilbəil artacağını nəzərə almaq kifayətdir ki, I divizionu sarsıtmaq deyil, səviyyəni artırmaq istiqamətində addımların atılmasının zəruriliyi anlaşılsın. Yaxud kim zəmanət verir ki, bu gün I divizion komandasının formasını geyinən 24 yaşlı futbolçu bir ildən sonra əsas milli komandaya dəvət edilə bilməz?

Qonşu ölkələrin, məsələn, Rusiyanın, Türkiyənin aşağı dəstəsində hər hansı limitin tətbiq olunmaması, əksinə, hətta legionerlərə də müəyyən dərəcədə "yaşıl işıq" yandırılması həmin liqalarda rəqabəti daha da artırır. Çox istərdik ki, hörmətli İcraiyyə Komitəsi üzvləri bu kimi taleyüklü qərarlar verərkən qonşu dövlətlərin təcrübələrinə nəzər salsınlar və elə qərar versinlər ki, acısını həyatını sadəcə futbola həsr etmiş, dolanışığı burdan çıxan futbolçular çəkməsinlər.

Hörmətli Rövnəq müəllim
Hörmətli Ramin müəllim

Xahiş edirik, yuxarıda qeyd etdiyimiz məqamları nəzərə alaraq I divizion üçün bu mövsümdən tətbiq edilməsi nəzərdə tutulan limitə ən qısa vaxtda yenidən baxılması üçün səylərinizi əsirgəməyəsiniz. Ümid edirik ki, ölkə başçısının idmana diqqət və qayğısı ilə görülmüş işlərə ağır zərbə olacaq bu qərar dəyişdiriləcək və gələcəkdə belə qərarlardan əvvəl mövcud durum nəzərə alınacaq, müzakirə masasına ciddi təhlillər aparıldıqdan sonra çıxarılacaqdır.

Fərid Quliyev 1991 ("Neftçi")
Emin Mustafayev 1990 ("Qarabağ", U-17, U-19, U-21, "Sumqayıt", "Rəvan")
Coşqun Suleymanov 1990 ("Neftçi", "Qəbələ", "Kəpəz")
Mehdi Əzimzadə 1990 ("Neftçi")
Ramazan Hacıyev 1991 ("Neftçi", "Muğan", "Rəvan")
Şahin Abdinov 1991 ("Neftçi")
Orxan Qasımzadə 1990 ("İnter", "Bakılı, "Neftçi")
Fuad Əliyev 1990 ("Karvan")
Samir Əmirov 1991 ("Neftçi", AZAL)
Amil Orucov 1985 ("Karvan")
Ceyhun Əhmədov 1987 ("Karvan")
Ruslan Huseynov 1987 ("Karvan")
Rəhman Əzizov 1982 ("Karvan")

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X