"Qəbələ" bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Şiroki Briyeq"i qəbul edəcək. Fanat.az xəbər verir ki, matçı Azərbaycan hökumətinin yüksək rütbəli məmurları da izləyəcək.
Belə ki, AFFA prezidenti, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə fövqəladə hallar naziri Kəmaləddin Heydərov oyuna stadiondan baxacaq. Onlarla yanaşı, PFL-in prezidenti Ramin Musayevlə "Qəbələ"nin prezidenti Tale Heydərov tribunada olacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol