14:41 19.08.2014 855

"Tvente"nin "Qarabağ"la oyunlarda şansı qalmayacaq" - SORĞU

Topaz Premyer Liqasının sonuncu qalibi “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Avropa Liqasında oynamaq hüququ qazandı. Qurban Qurbanovun komandası pley-off mərhələsində Hollandiyanın “Tvente” klubu ilə üz-üzə gələcək. 

Enşede təmsilçisi “Qarabağ” üçün tanış rəqibdi. “Qarabağ” 2009-cu ildə bu komanda ilə Avropa Liqasının pley-off mərhələsində oynayıb və iki oyunun nəticəsinə görə uduzub. Evdə qolsuz heç-heçəyə nail olan “Qarabağ” səfərdə 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı həmin il “Tvente”yə qarşı oynamış bir neçə futbolçu ilə əlaqə saxlayıb avqustun 21-də reallaşacaq matç öncəsi fikirlərini öyrənib.

“Qarabağ” istənilən komandaya qol vura bilər”

Ayxan Abbasov (“Qarabağ”ın sabiq üzvü, hazırda klubun U-17 komandasının baş məşqçisi): “2009-cu ildə “Qarabağ”ın avrokuboklarda təcrübəsi az idi. Buna baxmayaraq, komandanın istəyi güclü idi. Biz səfər oyununa çox yaxşı başlamışdıq. Hətta Hollandiyada ilk qolu vuran da biz olduq. Fərqi daha da artıra bilərdik, amma mümkün olmadı. İkinci hissədə isə fərqli bir oyun getdi. “Tvente” bütün komanda ilə hücuma keçdi. Azarkeş dəstəyi və öz istəkləri sayəsində qollar vurdular. İndiki “Qarabağ”ın isə təcrübəsi var. “Tvente”dən daha güclü komandalara qarşı oynayan “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməsi real görünür. “Qarabağ” “Tvente” ilə budəfəki oyunlarda müdafiəyə xüsusi diqqət yetirməlidi. Qol vurmaq məsələsinə gəldikdə isə, komandamızın bu baxımdan  problemi yoxdu. Yekun olaraq deyim ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşmək vaxtıdı”.

“O vaxt əsas heyətdə 1 legioner oynamışdı”

Zaur Həşimov (“Qarabağ”ın sabiq müdafiəçisi, klubun U-19  komandasının baş məşqçisi): “2009-cu ildə “Qarabağ”ın “Tvente”yə qarşı keçirilən hər iki oyununda meydançada olmuşam. O vaxt heyət yerli futbolçulardan qurulmuşdu. Əsas heyətdə legioner futbolçulardan təkcə Admir Teli mübarizə aparırdı. Gənc futbolçularımızın isə təzə-təzə üzə çıxan vaxtları idi. Əfran, Rauf, Maksim kimi oyunçular adlarından söz etdirirdi. “Tvente” isə çox güclü idi. Stiv Maklarenli “Tvente” aparıcı legioner və yerli futbolçuları ilə daha əzəmətli idi. İndi isə komanda gəncləşib. “Qarabağ”ın heyətində işini bacaran legionerlər var. Ümid edirəm  ki, “Qarabağ” qrup mərhələsinə düşəcək. Amma konkret proqnoz vermək istəmirəm”.  

“Biz “Qarabağ” vasitəsi ilə Qarabağın Azərbaycan torpağı olduğunu Avropaya bir daha sübut edəcəyik” 

Aslan Kərimov (“Qarabağ”ın sabiq kapitanı, milli komandamızın məşqçisi): “Sözsüz, 2009-cu ildəki “Tvente” çox güclü idi. Komandanın tərkibində çox yaxşı oyunçular vardı. Həmin vaxt “Tvente” geniş heyətə və böyük iddiaya malik idi. Bizim komandamız isə indiki ilə müqayisədə nisbətən zəif və təcrübəsiz görünürdü. “Qarabağ”ın indiki kollektivi güclüdü. Amma bu məqam “Qarabağ”ın asan mərhələ keçəcəyi anlamına gəlmir. “Tvente”nin orta yaş həddi 21 olsa da, Hollandiya futbolunun təmsilçisi olması artıq bütün suallara cavabdı. “Qarabağ”ı çox çətin oyunun gözlədiyi dəqiqdi. Bütün bunların fonunda əminəm ki, oturuşmuş heyətə və hücumda bir birini yaxşı başa düşən oyunçulara malik “Qarabağ” qrup mərhələsinə düşəcək. Biz Avropaya “Qarabağ” vasitəsi ilə Qarabağın Azərbaycan torpağı olduğunu bir daha göstərəcəyik”.

Vüqar Nadirov (5 il öncə olduğu kimi yenə də heyətdə olan futbolçu): “Qarabağ” “Tvente” ilə 2009-cu ildəki oyunlarda çox istəkli idi.  Amma həmin vaxt heyətimiz təcrübəsiz idi. O vaxt  yaxşı oynasaq da, mərhələ keçə bilmədik. Səfər oyununda qol vurmuşdum. Bu dəfə də eyni işi görmək istəyirəm. Lakin əsas məsələ komandamızın uğur qazanmasıdı və bunun üçün çalışacağıq”.

Elvin Məmmədov (“Qarabağ”ın sabiq, “İnter”in hazırkı üzvü): “Açığı, indiki “Tvente” barədə məlumatım yoxdu. Sadəcə, mətbuatdan oxumuşam ki, “Tvente”nin heyətində gənc futbolçular çoxluq təşkil edir. O vaxt isə çox güclü heyətə malik bir komandaya qarşı oynadıq. Duqlas, Ruiz, Stok kimi adlar vardı. İndi həmin adlar olmasa da, “Tvente” yenə də Hollandiyanın təmsilçidi. Bu məqamları nəzərə almaq lazımdı. “Qarabağ” 2009-cu ildə komanda futbolu oynayırdı, yenə də komanda oyunu sərgiləyir. Komanda oyununa güvənən “Qarabağ”ın mərhələ keçəcəyinə ümid edirəm. Əgər “Qarabağ” “Zalsburq”a qarşı olduğu kimi oynasa, o zaman “Tvente”nin heç bir şansı qalmayacaq”.

pfl.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X