17:51 27.08.2014 843

"Neftçi"nin futbolçuları danışdı: "Partizan bizə qol vura bilməz"

Sabah Azərbaycan futbolu üçün tarixi gündü. Belə ki, iki komandamız - “Qarabağ” və “Neftçi” Avropa Liqasının qrup mərhələsinə düşmək üçün son oyuna çıxacaq. “Qarabağ” Hollandiyada “Tvente”, “Neftçi” isə Azərbaycanda “Partizan”la üz-üzə gələcək.

Peşəkar Futbol Liqasının rəsmi saytının əməkdaşı “Partizan”la oyundan öncə “Neftçi”nin bir neçə futbolçusu ilə danışıb....

“İndiki “Partizan” daha güclüdü”

Mirhüseyn Seyidov (yarımmüdafiəçi): “Partizan”a qarşı keçirdiyimiz ilk oyunları yaxşı xatırlayıram. Qrup mərhələsində üz-üzə gəldiyimiz “Partizan”la indiki komandanı müqayisə etsək, deyərəm ki, ikinci daha güclüdü. Qrup mərhələsinin oyunu pley-off mərhələsinin matçı qədər həyəcanlı olmur. Pley-off oyunlarında istək, mübarizə daha yüksəkdi. Biz də sabah həlledici oyuna çıxacağıq. “Partizan” səddini keçmək bizim borcumuzdu. Səfərdə uduzsaq da, 2 qol vurmuşuq. Vurulan qollar bizim üçün üstünlükdü. Bundan əlavə, azarkeş dəstəyi də olacaq. Azarkeşlərin köməkliyi ilə ən azı bir qol vurub mərhələni keçməyimiz mümkündü".

“2:3 hesablı məğlubiyyət normaldı”

Saşa Stamenkoviç (qapıçı): “Partizan”a qarşı Serbiya çempionatında da oynamışam, Avropa Liqasının qrup mərhələsində də. Hesab edirəm ki, indiki “Partizan” daha güclüdü. Düşünürəm ki, futbolçuları çox texnikalıdı və işlərini yaxşı bilirlər. Buna görə də biz oyuna çox yaxşı hazırlaşmalıyıq. Səfərdə uduzmağımıza baxmayaraq, məncə, 2:3 çox normal hesabdı. Biz sabahkı oyunda azarkeşlərin köməyi ilə qələbə qazana bilərik. “Partizan” mənim üçün adi rəqibdi. 2 il öncə Serbiyada məni yaxşı qarşılamamışdılar. Amma 1 həftə öncə keçirilən oyunda hər hansı bir etiraz pankartının şahidi olmadım. Çünki mənim bütün diqqətim oyunda idi. Məni serbiyalı azarkeşlər yox,  “Neftçi”nin fanatları maraqlandırır. Onlar bizə yardım edəcəklər”.

“İkinci dəfə tarix yazmalıyıq”

Cavid İmamverdiyev (yarımmüdafiəçi): “Partizan”ın hazırda daha güclü olduğunu düşünürəm. Amma biz də zəif deyilik. Düzdü, səfərdə uduzduq. Məğlubiyyətin əsas səbəbi isə zəif oyun yox, arxayınlaşmaq idi. Biz 2 qol vurduqdan sonra rahat oynadıq və qollar buraxdıq. Sabah isə cavab oyunudu. Mən fürsətdən istifadə edib, xalqımıza səslənirəm. Ümid edirəm ki, azarkeşlər sabah bizə stadionda dəstək olacaqlar. İşin 50 faizi azarkeşlərdən asılıdı. Onların köməyinə çox ehtiyacımız var. “Neftçi”də durum çox yaxşıdı. Əgər biz sabah öz oyunumuzu sərgiləsək “Partizan” bizə qol vura bilməz. Mənim üçün artıq qrup mərhələsində oynamaq ümidi yox, arzusu var. Özümü Avropa Liqasının qrup mərhələsində görürəm. Biz vaxtilə qrup mərhələsinə düşüb, tarix yazmışıq. Çalışacağıq ki, uğurumuzu təkrarlayaq. Sonda yenə azarkeşlərə səslənmək istəyirəm. “Neftçi”nin oyununda mərkəzi arenanı tam dolmuş vəziyyətdə görmək arzumdu”.

“Səfər oyununda yaxşı çıxış etmədim”

Flavinyo (yarımmüdafiəçi): “İndiki “Partizan” daha yaxşıdı. Rəqibin oyun ritminin daha da artdığını söyləməliyəm. Rəqibin fiziki gücü yüksəkdi. Fiziki gücü yüksək olan komandaya qarşı oynamaq isə çətindi. Biz 2:3 hesabı ilə uduzsaq da, şanslarımız olur. Hər kəs deyir ki, 2 qol vurduqdan sonra arxayınlaşdıq. Amma, məncə, biz birinci qoldan sonra çaşdıq. Bizim komandamız iki avtoqolla sarsıldı. Lakin unutmayaq ki, bizim erkən vurduğumuz iki qol “Partizan” üçün də biabırçılıqdı. Mən etiraf edirəm ki, səfər oyunun fərdi planda yaxşı oyun sərgiləmədim. Cavab oyununda daha yaxşı oyun nümayiş etdirmək istəyirəm və bunu bacaracağımı düşünürəm. Bizim komandamız cavab oyununa daha yaxşı motivasiya ilə çıxmalıdı. Çünki bizi vacib qarşılaşma gözləyir”.

"Oyun praktikamı artırmalıyam" 

Nikolas Kanales (hücumçu): "Məncə, əvvəlki “Partizan” daha yaxşı idi. O vaxt fərdi planda yaxşı oyunçular az deyildi. Mənə elə gəlir ki, bizi öz oyunumuz daha çox düşündürməlidi. Artıq 2 həftədi ki, məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm. Fiziki baxımından problemim yoxdu. Oyun praktikamı artırmalıyam. “Partizan”la cavab matçında hər şey özümüzdən asılıdı. Əsas məsələ qol buraxmamaqdı. Bizim qol vurmaq baxımından problemimiz yoxdu. “Neftçi” hər oyunda qol vurur".

pfl.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X