
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları sona yaxınlaşır.
Fanat.Az xəbər verir ki, Azərbaycan idmançıları bu gün dörd növdə yarışacaqlar.
Sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) xalça üzərinə çıxacaqlar.
Atletlərdən Nazim Babayev uzunluğa tullanmada, Lamiyə Vəliyeva 200, qarışıq komanda isə 4x400 metr məsafəyə qaçışda çıxış edəcək.
Ciu-citsuda İlyas Babayev (85 kq), Nəcməddin Quluzadə (69 kq) və Firdovsi Zamanov (94 kq) uğur qazanmağa çalışacaqlar.
Qılıncoynatmada kişilərdən və qadınlardan ibarət komandalar həm şpaqa, həm də sablya növündə yarışacaqlar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan hazırda 50 mükafatla (7 qızıl, 16 gümüş, 27 bürünc) 10-cu pillədə qərarlaşıb.