16:38 01.09.2014 880

I divizion klubları mövsümə hazırdı? - açıqlamalar

I divizionda növbəti mövsümün püşkatması keçirilib. AFFA-nın inzibati binasında reallaşan tədbirdə divizionda yarışacaq 16 komandanın nümayəndələri də iştirak ediblər. Mərasimdən sonra Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamalar verən klub nümayəndələri bir sıra maraqlı məqamlara toxunub.

“Bu dəfə hədəf ilk "beşlik"də qərarlaşmaqdı”

Nadir Qasımov (“Şuşa”nın baş məşqçisi): “Komandada ümumi ab-hava yaxşıdı. Deyərdim ki, kollektiv çempionata tam hazırdı. Sadəcə, biz indiki məqamda sponsor baxımından bir qədər əziyyət çəkirik. Konkret olaraq, rəsmi sponsorumuz yoxdu. Amma bütün bunlara baxmayaraq, işimizi davam etdiririk. İrandan iki yeni futbolçu heyətə cəlb olunub, Rusiyadan qapıçı dəvət etmişik, həmçinin Rusiyada yaşayan bir azərbaycanlı futbolçunu dəvət etmişik. Ötən il biz maddi durumumuzun fonunda yaxşı nəticə əldə etdik. Fasilə zamanı heyətimizdən 6 futbolçu getdi, iddiamız isə azalmır. Cari mövsümü mütləq şəkildə ilk yerdə başa vurmalıyıq. Sponsor məsələsi həll olunsa, o zaman işimiz asanlaşar. Çempionat ərzində respublikanın 11 bölgəsində oyunlarda olacağıq. Bütün bunlar maliyyə tələb edir. Ona görə də sponsora ehtiyacımız var”.

“Bir neçə turdan sonra biləcəyik ki, bu komanda nəyə qadirdi”

Füzuli Əliyev (“Rəvan”ın icraçı direktoru): “Tamamilə yeni komanda qururuq. Ötənilki heyətdən sadəcə bir futbolçu qalıb. Yamin Ağakərimzadə heyətdə saxlanılıb. Komandanın əsasını isə ötən il əvəzedici heyətdə çıxış edən gənclər təşkil edir. Biz onlara güvənirik. Eyni zamanda, heyətə yeni futbolçular da qoşulub. Pərvin Paşayev, Orxan Məmmədov kimi oyunçuları komandaya gətirmişik. Cəmşid Məhərrəmovun durumu hələ ki, bəlli deyil. Onun bizimlə müqaviləsi var. Futbolçuya tapşırmışıq ki, özünə komanda tap. Əgər onun işləri alınmasa, o zaman bizimlə qalacaq. Biz çempionata hazırıq. Yenidən Premyer Liqaya qayıtmaq gücündə olub-olmadığımızı isə bir neçə tur keçdikdən sonra deyə bilərik”.

“Məqsədimiz birdi”

Tahir Mustafayev (“Qaradağ Lökbatan”ın prezidenti): “Biz həm ölkə daxilində, həm də ölkə xaricində təlim-məşq toplanışında olmuşuq. Deyərdim ki, bu il çox yaxşı kollektiv formalaşdırmışıq. Son vaxtların ən yaxşı komandasını qurmuşuq. Məqsədimiz birdi: birmənalı şəkildə çempionluq uğrunda mübarizə aparacağıq. Bu heyət çempion olmağa layiqdi. İnşallah, çempionatda uğurlu çıxışımızı davam etdirib, qızıl medalları qazanmalıyıq”

“Yeni yaranan klub olsaq da...”

Aydın Gözəlov (“Zirə”nin idman direktoru): “Biz yeni yaranan klub olsaq da, çempionata hazırıq. Hər hansı bir problemimiz yoxdu. Çempionatda yarışacağımız ilk ildə medalçılar sırasına düşmək hədəfimizdi. Əyarın fərqi yoxdu, əsas medaldı. Biz heyətə çox sayda gənc oyunçu cəlb etmişik və onlara güvənirik”.

“Çempionata tam hazır deyilik”

Mətləb Məmmədov (“Mil-Muğan”ın baş məşqçisi): “Deməzdim ki, komanda çempionata tam hazırdı. Çünki istədiyim futbolçuları komandaya cəlb edə bilməmişəm. Buna görə də problemlər var. Hər mövqedə oyunçuya ehtiyacımızın olduğunu hiss edirəm. Amma biz heç kimdən zəif deyilik və oyunlarda sona qədər mübarizə aparacağıq. Klubda maddi durum ötən il olduğu kimidi”.

pfl.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

Facebookdan bizi izləməyi unutmayın.
X