19:28 08.09.2014 918

9 milyonluq "sehrli güzgü" və Dünyamalıyev -DÖVRİ MƏTBUATDAN

Topaz Premyer Liqasının V turunda "Neftçi" İsmət Qayıbov adına qəsəbə stadionunda "Xəzər Lənkəran"ı qəbul edəcək. Futbol azarkeşləri bu oyunun marağında olsa da, məlum olmayan səbəblərdən Premyer Liqanın yayımını həyata keçirən "İdman Azərbaycan" kanalı bu qarşılaşmanı canlı yayımlamaqdan boyun qaçırdı.


Məsələni dəqiqləşdirmək üçün adıçəkilən televiziyanın direktoru Elsevər Dünyamalıyevlə əlaqə saxladıq. Lakin Dünyamalıyev nə direktorluğa, nə də səlahiyyətinə uyğun olmayan hərəkətlə "cavabımızı verdi". "Hörmətli" direktora "Böyük oyun" niyə canlı yayımlanmır" sualını verdikdə "Bu sualı AZTV-yə və Peşəkar Futbol Liqasına (PFL) verin, mənim vaxtım yoxdu" deyərək telefonu üzümüzə qapadı.

 

Görünür hər il dövlət büdcəsindən milyonlar ayrılan "İdman Azərbaycan"ın direktoru ica etdiyi vəzifənin məsuliyyətini dərk etmir. Ya da...

 

Ya da Dünyamalıyev cənab prezidentimizin təsdiq etdiyi "2005-2015 illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nı heçə sayır. Əks təqdirdə minlərlə azarkeşin səbirsizliklə gözlədiyi bu oyun canlı yayımlana bilərdi. Və ya direktor yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da maraqla izlənilən "Böyük oyun"un canlı yayımlanmama səbəbini açıqlaya bilərdi. Amma bunu da etmədi.

 

Bunu etməmək Dünyamalıyevi şəxsi "keyfiyyət və xislətinə" aid ola bilər. Yəni hər kəsin səhv etmək, kobudluq və qoçu kimi davranmaq təbii haqlarındandı. Ancaq çox möhtərəm Dünyamalıyev ona gələn zəngin KİV redaksiyasından olduğunu diqqətinə hopdurmalıdı. "İdman Azərbaycan"dakı direktor postu Dünyamalıyev üçün jurnalistlə diqtə tonda danışmaqla səhv salınmamalıdı. Əgər oyunun tərəfləri yayım haqda susurlarsa, yaxud PFL liqanın yayım hüququnu "İdman Azərbaycan"a satıldığını bildirirsə, belədə düyünə düşmüş məsələnin açılmasına və izah edilməsinə elə bir başa Dünyamalıyev, siz borclusunuz. Bu sizin KİV qanunu qarşısında vəzifə borcunuzdu. Bu nə mənəviyyat məsələsidi, nə də emosiya.

 

Burada konkret bəlli olan detallar var. Yəni yayım hüququ "İdman Azərbaycan"a verilibsə, kanal ən azı 2 oyunu yayımlamalıdı. Əgər onların arasında nəinki turun, mövsümün mərkəzi oyunu yoxdusa, buna Dünyamalıyev möhtərəmləri cavab verməlidi. Telefonda bağırmaq, "məsləhət vermək" üçün illik büdcəsi 9 milyon manat olan bir kanalın direktoru olmaq vacib deyil. Hər halda səlahiyyət və vəzifələrinizi bilməli və icra etməlisiniz.


aut.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X