14:20 11.08.2017 996

Kamran Quliyev: “Klublar özləri çıxış yolu tapacaq”

AFFA-nın Klublar Komitəsinin (KK) sədri və "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev qurumun bu gün baş tutan iclasından sonra brifinq keçirib.


- Gündəlikdə duran məsələlər barədə hansı müzakirələr aparıldı?

- İclas çox maraqlı keçdi, gündəlikdə 4 məsələ vardı. Əvvəlcə Premyer Liqa klublarından ikisinin – “Səbail” və “Kəpəz”in ev oyunlarını keçirdikləri stadionlarda təmir işləri getməsini danışdıq. Çıxış yolu kimi həmin komandaların rəqiblərini başqa stadionlarda qəbul etmələrinə dair fikir söylənildi. Yəqin ki, bu cür də olacaq.


- Yəni həmin klublar ilk dövrədəki oyunları rəqiblərlə yerdəyişmə edərək səfərdə keçirməyəcək?

- Böyük ehtimalla yox. Başqa stadionlarda oynayacaqlar. Bu praktika əvvələr də olub. Kimin harada oynayacağını bilmirəm. Bu barədə təkliflər verilməyib. Klublar özləri çıxış yolu tapacaq.


- Gündəlikdə duran digər məsələ Premyer Liqa və ölkə kuboku uğrunda yarışlarda oyun protokoluna 23 futbolçunun daxil edilməsi idi...

- Klubların bu məsələ ilə bağlı mövqeyi belə idi ki, “23-lüy”ə iki nəfər 19 yaşadək futbolçu daxil edilsin. Bununla da onlar gələcək üçün hazırkı reqlamentə uyğunlaşacaqlar. Yəni onlar hazırda meydanda olmalı olan 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşını əvəzləyəcəklər.


- Bəs, U-19 liqasında formatın dəyişdirilməsi təklifi ilə bağlı nə deyə bilərsiniz?

- Bu təklifi AFFA verib. Məsələnin məğzi oyunlar zamanı UEFA-nın qoyduğu yaş limitinin tətbiq olunmasıdır. Bildiyiniz kimi, bu il U-19 liqasının qalibi “Qarabağ” klubu olub və komandanın heyətində 1998-ci il təvəllüdlü futbolçular çıxış edib. Halbuki UEFA Gənclər Liqasının yeni mövsümü üçün 1999-cu il təvəllüdlü futbolçular tələb olunur. Bu da böyük problemlər yaradır. Çünki bir il ərzində püxtələşmiş kollektivdə dəyişikliklər baş verir. Bu məsələ ilə bağlı klublar bir həftə ərzində təkliflərini verəcəklər. Bundan sonra AFFA ilə danışıqlarımız olacaq. Yəqin ki, ayın sonuna qədər real addım atılacaq. Gündəlikdə duran digər məsələ xarici ölkədə doğulan və xarici ölkənin vətəndaşı olan, etnik baxımdan Azərbaycana hər hansı bağlılığı olan (FİFA qaydalarına müvafiq) futbolçuların klublarımızda qeyri-legioner statusu ilə çıxış etməsi idi. Yəni burda söhbət milli komandadan və ya vətəndaşlıqdan getmir. Xaricdə doğulan və ya ailəsi ilə sonradan xaricə köçən azərbaycanlıların legioner statusu daşımaması təklif olunur. Məsələn, İspaniyada ispandilli ölkələrin futbolçuları legioner sayılmır. Biz də reallığı bilirik. Bu güzəştin tətbiqi üçün ölkəyə dəvət edilən futbolçunun səviyyəsi yüksək olmalıdır.


- Bu məsələnin bir az problemli olduğunu düşünmürsünüz?

- FİFA-nın bəlli standartı var. Millidə çıxış etmək üçün bir neçə şərtlər mövcudur. Məsələn, yaxınlarda Azərbaycan yığmasına cəlb olunan Riçard Almeyda şərtlərin birinə əməl edib, 5 il ölkəmizdə yaşayıb. Həmçinin futbolçunun özü, valideynləri, nənə və ya babası Azərbaycanda doğulubsa, bu, ona yığmada çıxış etmək imkanı yaradır. Biz də kiminsə saxta sənəd təqdim etməklə legioner sayılmasını istəmirik. Bu, hələlik niyyətdir. Belə olan halda biz Ramil Şeydayev kimi futbolçuları daha tez tapıb, yığmaya gətirə bilərik.


Mənbə: "Report"

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

Facebookdan bizi izləməyi unutmayın.
X