15:16 18.08.2017 894

Samir Əliyev: "Neftçi" "Səbail"ə uduzmaq istəməz"

“Səbail”in baş məşqçisi Samir Əliyevin müsahibəsi


- Azərbaycan Premyer Liqasının ilk turunda “Zirə”yə 1:2 hesablı məğlubiyyət əhvalınızı korlamayıb?

- Xeyr, hər şey qaydasındadır. Çempionatın əvvəlidir, ruh düşkünlüyündən söhbət gedə bilməz. Komanda var gücü ilə qarşıdakı matça hazırlaşır. Rəhbərliyin qarşımızda qoyduğu məqsəd komanda formalaşdırmaqdır. Bu gün üçün “Səbail”dən böyük nəticələr gözləmək tezdir. Ağac birdən-birə bar vermir. Vaxt lazımdır.


- Real götürsək, “Səbail” cari mövsümdə neçənci yerə iddia edə bilər?

- Tam səmimi deyirəm, Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağıq. 6-cı yeri tutsaq, yaxşı nəticə olacaq. Komanda şəklində təcrübə toplamaq və elitada yerimizi qorumaq istəyirik.


- Fasilə ərzində istədiyiniz heyəti qura bildinizmi?

- Bütün transferlər mənim istəyimlə və məşqçilər korpusunun rəyinə əsasən gerçəkləşib. Yəni, rəhbərliyin heç bir müdaxiləsi olmayıb. Büdcəmizə uyğun oyunçular götürmüşük. Onlardan da heç bir narazılığım yoxdur. Məqsədə və büdcəmizə uyğun transferlər etmişik.


- Digər klublardakı əcnəbilərlə müqayisədə, legionerlərinizin səviyyəsi necədir?

- Başqaları ilə müqayisə etmək istəmirəm. Çünki büdcə söhbəti var. İmkanımız çatan oyunçuları gətirmişik. Onlardan da heç bir narazılığımız yoxdur. İki ayın komandasıdır, zamanla hər şey daha yaxşı olacaq.


- Əlavə transferlər olacaq?

- Axtarışdayıq. Bir legioner hücumçu arayırıq, lakin hələ istədiyimizi tapa bilmirik.


- Avqustun 19-da növbəti tur çərçivəsində “Neftçi”ni qəbul edəcəksiniz. Həm futbolçu, həm də baş məşqçi kimi xidmət etdiyiniz rəqiblə oyun sizin üçün xüsusi əhəmiyyət daşıyır? Sabiq klubunuza qarşı inciklik qalmayıb?

- Hər bir oyun xüsusi önəm daşıyır. “Neftçi” böyük tarixi olan bir klubdur. Lakin digər matçlara necə hazırlaşmışıqsa, bu dəfə də vəziyyət eynidir. İstəyim komandamızın layiqli oyun göstərməsidir.


- Qarşıdakı matçın taleyini nə həll edə bilər - təcrübə, yoxsa əzmkarlıq?

- “Neftçi” büdcəsinə, şəraitinə və futbolçularının səviyyəsinə görə bir neçə addım öndədir. Lakin "Səbail"lə müqayisədə "Neftçi" daha çox psixoloji təzyiq altındadır. Çünki bizim itiriləsi bir şeyimiz, böyük hədəflərimiz yoxdur. “Neftçi” “Səbail”ə uduzmaq istəməz.


- “Neftçi”dən icarəyə götürdüyünüzü futbolçuların xidmətindən yararlanacaqsınızmı? Yəni, onların sözləşmələrində müqavilə ilə məxsus olduqları kluba qarşı oynaya bilməməklə bağlı bənd yoxdur?

- Belə bir şərt yoxdur. Həm də onların oynamaq ehtimalı azdır. Orxan Qurbanlı zədəlidir, Təyyar Məmmədovun da meydana çıxacağını düşünmürəm. Eltun Yaqublu artıq müqavilə ilə bizə məxsusdur, Aqşin Qurbanlını isə son anda götürmədik.


- Matçın “Bayıl Arena”da deyil, “Dalğa Arena”da keçirilməsi sizin əleyhinizə olan amil deyil?

- Düzdür, öz meydanımızda süni ot örtüyüdür, “Neftçi” isə təbii qazona öyrəşib. Bu, onlar üçün üstünlük sayıla bilər. Çalışacağıq ki, maraqlı oyun olsun və azarkeşlər, futbolsevərlər yatmasınlar.


“Report”

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X