22:57 17.09.2017 1301

"Qarabağ" "Kəpəz"dən, "Qəbələ" "Səbail"dən üstün oldu

Bu gün Topaz Premyer Liqasında V tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.


Günün ilk oyununda "Qarabağ" "Kəpəz"i qəbul edib. Çempionlar Linasında "Çelsi"yə 0:2 hesabı ilə yenilən Ağdam klubu gəncəlilərə oyunda qələbəyə sevinib - 2:0. Hesabı 34-cü dəqiqədə Coşqun Diniyev açıb. Bununla da o, rəqibin baş məşqçisi olan atası Şahin Diniyevlə futbolçu qardaşı Kərim Diniyevi məyus edib. 80-ci dəqiqədə Dani Kintana fərqlənib. Ağır zədədən sonra I turun "Neftçi" ilə oyununda meydana çıxan ispan futbolçu yenidən zədə alaraq sıradan çıxmışdı. O, bu gün matçın gedişində meydana çıxaraq fərqlənib.


Tura "Səbail" - "Qəbələ" oyunu ilə yekun vurulub. Hesabı 42-ci dəqiqədə qonaqlardan Baqali Dabo açıb. 55-ci dəqiqədə Vüqar Nadirov bərabərliyi təmin edib. Lakim "Səbail" üstünlüyü qoruya bilməyib və "Qəbələ" daha iki qola imza atıb. 60-cı dəqiqədə Asif Məmmədov fərqlənib. 90+3-cü dəqiqədə Baqali Dabo dublunu rəsmiləşdirib - 3:1.


Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "İnter" "Sumqayıt"la "sülh" bağlayıb (1:1), "Zirə"yə "Neftçi"yə qalib gəlib.


Premyer Liqa

2017/18 mövsümü

I dövrə, V tur


17 sentyabr

18.30 Qarabağ - Kəpəz 2:0

Qollar: Coşqun Diniyev, 34. Dani Kintana, 88.

Qarabağ: 1. Anton Konibalotski, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 18. Tarik Elyunussi, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 19. Famil Camalov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 99. Dani Kintana.

Baş məşqçi: Qurban Qurbanov.

Kəpəz: 1. Davud Kərimi, 3. Dedimar Fereyra, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Viktor Oseqeyl, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 13. Şəhriyar Rəhimov (k), 16. Azər Məmmədov, 20. Samba Dialo, 21. Novruz Məmmədov.

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov, 7. Sergey Çernişev, 9. İlkin Sadıqov, 11. Kamran Abdullazadə, 15. Azad Kərimov, 18. Tural Cəlilov, 19. Aydın Qasımov.

Baş məşqçi: Şahin Diniyev.

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Hakim-inspektor: Şahin Cəfərov.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


21.00 Səbail - Qəbələ 1:3

Qollar: Vüqar Nadirov, 55 - Baqali Dabo, 42; 90+3. Asif Məmmədov, 60.

Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 22. Amirhossein Najafi, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 26. Kamal Qurbanov, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.

Baş məşqçi: Samir Əliyev.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 34. Urfan Abbasov.

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 7. Alen Askerov, 11. Asif Məmmədov, 17. Roman Hüseynov, 20. Rövlan Muradov, 29. Hacıağa Hacıyev, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov.

Baş məşqçi: Roman Qriqorçuk.

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Bakı. "Dalğa Arena".


1. Zirə541011-4  13

2. Qarabağ44008-2  12

3. Qəbələ53118-5  10

4. İnter52126-6  7

5. Sumqayıt52125-6  7

6. Səbail41033-6  3

7. Neftçi50142-7  1

8. Kəpəz50143-10  1


Bombardirlər: Mahir Mədətov (Qarabağ), Vüsal İgəndərli (Zirə), Riçard Qadze (Zirə) - 3.


Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

Facebookdan bizi izləməyi unutmayın.
X