23:05 30.01.2015 905

Azərbaycan siyasətçilərinin sevimli klubları - SORĞU

Futbolla maraqlanmayan çox az adam tapmaq olar. Xüsusilə kişilərin ən çox sevdikləri idman növüdü. Bəs görəsən, Azərbaycanda siyasətçilər, millət vəkilləri futbolu izləyirlərmi və onların azarkeşlik etdikləri klublar hansılardı? 

 

Millət vəkili Rasim Musabəyov futbolla maraqlandığını və oyunları izlədiyini vurğulayıb. “Barselona”ya azarkeşlik edən millət vəkili, Azərbaycan klublarından “Qarabağ”a azarkeşlik edir. Onun sözlərinə görə, “Barselona” və “Qarabağ”ın bütün oyunlarını izləyir, “Neftçi”ni isə Avropa Liqasında iştirakı zamanı izləyir, Azərbaycan çempionatına baxmır. “Qarabağ”ın oyunlarını canlı izləyən millət vəkilinin “Barselona”nın oyununu canlı izləmək imkanı olmayıb.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə futbolla maraqlanmadığını deyib: “Mənim artıq 60 yaşım var, böyük ömrüm qalmayıb. Ona görə vaxtımı daha çox elmi, siyasi fəaliyyətə yönəltmişəm. Hazırda Qurani-Kərimin izahı ilə bağlı kitab yazıram. Bütün günümü araşdırmaya, oxumağa, eyni zamanda siyasi fəaliyyətə sərf edirəm. Ona görə idman, konsert, teatr, bədii kitab oxumağa vaxtım qalmır. Digər tərəfdən meydanda 50-60 yaşında futbolçu yoxdusa, sənin yaşıdın oynamırsa, 50-60 yaşlı adam niyə futbolla maraqlanmalıdı? Uşaqlıq, gənclik illərimdən futbol azarkeşi olmamışam. Ümumiyyətlə, futbol da daxil olmaqla idman oyunları mənim üçün baş qatmaq kimi bir şeydi”.

 

Millət vəkili Aydın Mirzəzadə özünü tam futbol azarkeşi hesab etmədiyini deyib: “Arada baxıram. Millimizin bəzi oyunlarına, dünya futbolunun həlledici oyunlarına baxıram”. Mirzəzadənin xüsusi azarkeşlik etdiyi klub da yoxdu: “Bütün Azərbaycan klublarını sevirəm. Hər biri Azərbaycan üçün çalışır və bütün klublar mənim üçün əzizdir. Mən maraqlı oyunları izləməyi xoşlayıram”. Millət vəkili illər əvvəl məhlələrində keçirilən komandalararası yarışı canlı izlədiyini vurğulayıb. Amma xaricdə hansısa oyunu izləməyi də arzu edir: "Çox arzulayıram ki, canlı hansısa bir oyuna, yaxud məşhur müğənninin konsertinə baxım. Bu, ilk növbədə şərait və imkandan asılıdı”.

 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirib ki, futbolla kifayət qədər maraqlanır. Onun sözlərinə görə, vaxtilə Azərbaycan yığmasının sınaq heyətində olub. “Barselona”ya, Türkiyə yığmasına və “Qarabağ”a azarkeşlik edir, Messini isə futbol tarixinin ən güclü oyunçusu hesab edir. Sevdiyi komandalardan yalnız “Qarabağ”ın oyununu canlı izləmək imkanı olub.

 

Millət vəkili Fuad Muradov da futbolla maraqlanır və oyunları izləyir. Onun sevimli klubu “Qarabağ”dı. “Neftçi”nin də oyunlarını izlədiyini deyən millət vəkili, xarici klublardan “Barselona”, “Real”, “Mançester Yunayted”ə azarkeşlik edir. “Qarabağ” və “Neftçi”nin oyunlarını canlı izləyən millət vəkili xarici klubların oyununda olmayıb. 

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli düşünür ki, Azərbaycanda futbolla maraqlanmayan az sayda kişi tapmaq olar. O, dünya, Avropa, UEFA çempionatlarını daim izləməyə çalışdığını bildirib. Azərbaycanın xarici klublarla oynayan bütün komandalarına azarkeşlik edir. Sevimli klubu “Qarabağ” və “Barselona”dı. "Qarabağ işğaldan azad olunan qədər sevimli klubum məhz “Qarabağ” olacaq. Sonra fərqli seçim etmək olar” deyə Mirzəbəyli əlavə edib. O, son dəfə “Barselona” – “Atletko” (Madrid) oyununu izləyib. “Qarabağ”ın oyununa canlı baxıb, amma “Barselona”nın oyunlarını canlı izləmək imkanı olmayıb.

 

Millət vəkili Qənirə Paşayevanın isə Azərbaycanda azarkeşlik etdiyi komandalar “Turan” və “Qarabağ”dı: “Amma klublarımızdan hansısa beynəlxalq yarışlarda iştirak etsə, onlara da azarkeşlik edirəm”. Azərbaycan millisinə də azarkeşlik edən millət vəkili millilərdən Türkiyə, daha sonra Argentina, Braziliya, İtaliya, İspaniyanın oyunlarına daha çox baxır: “Sevdiyim klublar da var. “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Barselona” və s. Azərbaycan millisinin oyunlarına və azarkeşlik etdiyim klubların “Qarabağ” və “Turan”ın bir sıra oyunlarını canlı izləmişəm. Qardaş Türkiyənin də sevdiyim bəzi klublarının oyunlarını imkan düşəndə izləmişəm. Qadınlardan ibarət yığmamıza da azarkeşlik edirəm”.

 

Millət vəkili Zahid Oruc 90-cı ilə qədər bütün futbol oyunlarını izlədiyini bildirib: “Hətta SSRİ miqyasından da irəli gedərək, beynəlxalq yarışları da izləyirdim. Sonrakı dönəmdə həyat qayğıları, baş verən proseslər təbii ki, ardıcıl izləməyi belə desək əlimizdən aldı. Hazırda “Qarabağ” klubunun oyunlarını izləyirəm. Deyə bilmərəm ki, İspaniyadan başlayıb, İtaliyadan keçib, İngiltərəyə qədər bütün futbolçular barədə ətraflı məlumata malikəm”.

 

Z.Oruc “Qarabağ”ın azarkeşi olduğunu, Madrid “Real”ının oyunlarını izlədiyini deyib. Onun sözlərinə görə, 2014-cü ildə “Qarabağ” öz fəaliyyəti ilə Azərbaycan adına uğurlara imza atıb. “Qarabağ” beyin və ayaqlardakı sindromu, “Azərbaycanda futbol yoxdu” fikrini dağıdıb. Millət vəkili yerli stadionlarda olsa da, xaricdə futbol oyunu canlı izləməyib.

 

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə futbolla maraqlansa da, sevdiyi, azarkeşlik etdiyi klub yoxdu: “Mən qəşəng oyunlara baxmaqdan zövq alıram. Həftədə bəlkə 10 oyun izləyirəm. Futbolda mənim üçün əsas olan oyunun gözəl olmasıdır”.  Futbola evdə baxmağı xoşladığını deyən siyasətçi səbəb də göstərib: “Artıq 20 ildi stadionlara getmirəm. Bu da azarkeşlərin özlərini çox pis aparmaları ilə bağlıdır. Oyunları televizordan izləyirəm”.//gün.az


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X