Bu gün Topaz Premyer Liqasında XXXIV tura yekun vurulub. Fanat.az хəbər verir ki, ikinci oyun günündə 3 matç baş tutub.
Tura "Xəzər Lənkəran" - AZAL oyunu ilə start verilib. Bir qolun vurulduğu matçda meydan sahibləri qələbə qazanıb. "Xəzər Lənkəran"a 3 хal qazandıran qola 82-ci dəqiqədə Rahid Əmirquliyev imza atıb - 1:0.
Turun son iki oyunu, həm də həlledici qarşılaşmaları eyni saatda - 20.00-da başlayıb. Mərkəzi oyunda son 10 oyunda 9 qələbə qazanıb, 1 heç-heçə edən "Qəbələ" çempionluq şansını qoruyan "İnter"i qəbul edib. Hesabı 5-ci dəqiqədə meydan sahiblərindən Aleksey Qay açıb. 27-ci dəqiqədə Asif Məmmədov bərabərliyi təmin edib. Bundan sonra oyunda qol vurulmayıb - 1:1. Bununla da "İnter" çempionluq şansını itirib.
Bu fürsətdən yararlanan "Qarabağ" "Sumqayıt"ı udaraq çempionluğu rəsmiləşdirib. Ağdam klubu "Bakcell Arena"dan 1:0 hesablı qələbə ilə ayrılıb. Matçın yeganə qoluna 33-cü dəqiqədə Leroy Corc imza atıb.
Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və "Simurq" "Bakı"nı darmadağın edib - 4:0. "Neftçi" isə bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXXIV tur
16 may
Xəzər Lənkəran - AZAL 1:0
Qol: Rahid Əmirquliyev, 82.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov (99. Mahsun Qəmbərli, 90+1), 27. Manuel Skarlatake (4. Ruslan Cəfərov, 46), 42. Kamran Abdullazadə (34. Elnur İsmayılov, 89), 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 12. İlyas Səfərzadə, 32. Zaman Mirzəzadə, 16. İbrahim Qədirzadə.
Baş məşqçi: Yunis Hüseynov.
AZAL: 85. Kamal Bayramov, 3. Xuan Fransisko (7. Təmkin Xəlilzadə, 82), 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 8. Seymur Əsədov, 15. Oskar Klava, 13. Şəhriyar Rəhimov, 20. Freddi Mombonqo, 22. Eltun Yaqublu, 25. Valeri Kutsenko (18. Orxan Lalayev, 40), 27. Rəşad Abdullayev (k) (10. Nicat Qurbanov, 74).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 9. Aydın Qasımov, 21. Novruz Məmmədov, 33. Kamal Mirzəyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Tural Cəlilov, 28 (qeyri-idman hərəkəti). Elşən Rzazadə, 76 (qeyri-idman hərəkəti) - Eltun Yaqublu, 59 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. 1700 tamaşaçı.
Qəbələ - İnter 1:1
Qollar: Aleksey Qay, 5 - Asif Məmmədov, 27.
Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov (5. Sadiq Quliyev, 77), 6. Rəşad Sadiqov, 9. Viktor Mendi (90. Ekiqo Ehiosun, 83), 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 32. Mixael Sivakov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 26. Pavol Farkaş, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.
İnter: 1. Georgi Lomaya (k), 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro (15. Yohan Bokanyano, 46), 10. Elvin Məmmədov, 11. Asif Məmmədov (22. Əfran İsmayılov, 56), 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Tsxadadze (19. Sezar Meza Kolli, 70), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Abdulla Abatsiyev, 13. Mirsahib Abbasov, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Rəşad Sadiqov, 74 (qeyri-idman hərəkəti) - Aleksandr Amisulaşvili, 53 (rəqibi tutduğuna görə). Derlis Meza Kolli, 75 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu. 3000 tamaşaçı.
Qarabağ - Sumqayıt 1:0
Qol: Leroy Corc, 33.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 17. Vüqar Nadirov (7. Namiq Yusifov, 80), 20. Riçard Almeyda (6. Hacı Əhmədov, 90+2), 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (18. İlqar Qurbanov, 90+1), 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Danilo Dias, 21. Tural Rzayev, 33. Şəhriyar Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k) (11. Şahin Əliyev, 52), 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 45. Murad Ağayev (18. Aleksandr Çertoqanov, 46), 76. Uğur Pamuk, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 5. Cəmil Hacıyev, 9. Orxan Əliyev, 17. Pərdis Fərcad-Azad, 22. Tofiq Mikayılov.
Sarı vərəqələr: Ansi Aqolli, 90+2 (hakim qərarına etiraz) - Mikayıl Rəhimov, 70 (qeyri-idman hərəkəti). Şahin Əliyev, 90+2 (qeyri-idman hərəkəti).
Baş məşqçi: Aqil Məmmədov.
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Vüsal Qənbərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
“Bakcell Arena”. 4000 tamaşaçı.
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | Qarabağ | 31 | 20 | 8 | 3 | 50-26 | 68 |
| 2 | İnter | 30 | 16 | 12 | 2 | 52-16 | 60 |
| 3 | Qəbələ | 31 | 14 | 9 | 8 | 43-34 | 51 |
| 4 | Neftçi | 30 | 13 | 8 | 9 | 37-32 | 47 |
| 5 | Simurq | 30 | 11 | 5 | 14 | 41-34 | 38 |
| 6 | AZAL | 30 | 9 | 8 | 13 | 31-41 | 35 |
| 7 | Xəzər Lənkəran | 30 | 8 | 7 | 15 | 35-44 | 31 |
| 8 | Sumqayıt | 30 | 5 | 10 | 15 | 27-42 | 25 |
| 9 | Bakı | 30 | 3 | 7 | 20 | 19-65 | 16 |
| Bombardirlər | Nurlan Novruzov (Bakı) - 15. Draqan Çeran (Simurq) - 14. Nikolas Kanales (Neftçi), Cavid Hüseynov (Qəbələ) - 11. Məhəmməd Qurbanov (Sumqayıt), Reynaldo Silva (Qarabağ) - 10. Mikel Alvaro (İnter), Freddi Mombonqo (AZAL) - 9. Junior Nildo (İnter) - 8. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol