
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXXIV turu ilə bağlı qərar qəbul edib.
Komitə bu tura görə yalnız "Qarabağ"ı cərimələyib. "Sumqayıt"la matçda çempionluğu rəsmiləşdirən Ağdam klubu matç başa çatdıqdan sonra azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə 1000 manat cərimə olunub.
Fanat.az