14:28 09.06.2015 622

Vaqif Sadıqov: "Serbiya məğlubiyyəti bir siqnal idi"

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov AFFA-nın saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

 

- Milli komandamız iyunun 1-dən 8-dək Avstriyada təlim-məşq toplanışında oldu. Hazırlıq prosesini yaxından izlədiniz. Toplanışı necə qiymətləndirərdiniz?

- Milli komandaya müxtəlif vaxtlarda rəhbərlik etmiş bir məşqçi kimi deyə bilərəm ki, komandanın yaxşı hazırlaşması üçün yüksək səviyyədə şərait yaradılıb. Robert Prosineçki kollektivdə yüksək ab-hava yarada bilib. Peşəkarlığa söz ola bilməz. Milli komanda Norveç yığması ilə oyuna ciddi hazırlaşır. Serbiya millisi ilə yoldaşlıq oyununa gəldikdə, nəticə bizi qane etməsə də, komandanın fasiləyə qədər nümayiş etdirdiyi oyun ümidverici idi. Bu komandamızda potensialın olduğunu, istənilən güclü rəqibə qarşı mübarizə aparmağa hazır olduğumuzu göstərir. Görülən işlərin müsbət nəticəsini Norveçdə görəcəyimizə inanırıq. Millimiz məğlubiyyətdən, oyun zamanı yol verilən səhvlərdən nəticə çıxarıb, məşqçi heyəti ilə birgə təhlil aparıb lazımi tədbirlər görəcək və Osloda Norveç millisinə qarşı keçiriləcək oyuna tam hazır olacaq. İnanıram ki, Robert Prosineçki doğma meydandakı uğurlu debütün davamını bu dəfə səfərdə gətirəcək.

 

- Komanda üzvlərinin psixoloji vəziyyəti necədi?

- Yoxlama oyunundakı məğlubiyyətdən sonra məşqçilərin vaxtında müdaxiləsi sayəsində futbolçuların psixoloji durumu yaxşıdı. Bu məğlubiyyət özü bir siqnal idi, baş məşqçi, eləcə də futbolçular lazım olan məlumatları əldə ediblər. Bundan istifadə edib buraxılan səhvləri Norveçlə oyunda təkrarlamamalıyıq. Bilirik ki, Norveç qrupda üçüncü yer uğrunda mübarizə aparır və onlar xal itkisinə yol verməməyə çalışacaqlar. Biz də yeni bir komanda, kollektiv formalaşdırırıq. Komanda şəklində güclü olduğumuzu bu qarşılaşmada sübut etməliyik.

 

- Hazırlığın ilk günündən etibarən millinin düşərgəsindəsiniz. Serbiya yığması ilə yoldaşlıq oyununu qısaca necə təhlil edərdiniz?

- Söhbətimizin əvvəlində də yoxlama oyununa toxundum. Həmin qarşılaşmanı iki hissəyə bölmək olar. Serbiya yığması oyunun sonuna qədər əsas heyəti qorumağa çalışdı. Robert Prosineçki isə sərəncamında olan bütün futbolçulara özlərini göstərmək imkanı yaratdı. Buna görə də ikinci hissənin əvvəlində çoxsaylı dəyişikliklər etdi. Deməli, o, birinci hissədə komandası haqda lazımi məlumatları əldə edə bildi. Sonra isə ən yaxın ehtiyat qüvvəni sınadı və onların nəyə qadir olduğunu özü üçün müəyyənləşdirdi. Bu o deməkdi ki, baş məşqçi lazım olan nəticəni əldə edib. Bundan sonrakı mərhələ sırf Norveç millisi ilə oyuna hazırlıq olacaq, baş məşqçinin tapşırıqları da buna hesablanacaq. Unutmayaq ki, Serbiya yığması ilə oyunumuzu rəqibimiz olan Norveç millisinin məşqçisi də izləyirdi. Onlar da özləri üçün müəyyən nəticələr çıxaracaq. Buna görə Prosineçkinin heyətdə dəyişikliklər edəcəyi istisna deyil. Ola bilər ki, baş məşqçi tərəfindən gözlənilməz addımlar atılsın.

 

- Serbiya yığması ilə oyunda iki fərqli hissə izlədiyimizi vurğuladınız. Bu, rəsmi oyun ərəfəsində ehtiyat qüvvənin yoxlanılmasına görə belə alındı?

- Birinci hissədə əsas oyun modeli nəzərdən keçirildi. Fasilədən sonra isə ehtiyat qüvvə sınaqdan keçirildi. Əlbəttə, böyükhesablı məğlubiyyəti heç kim gözləmirdi və istəmirdi. Çünki bunun komandaya psixoloji baxımdan mənfi təsiri ola bilərdi. Amma qarşılaşmadan dərhal sonra məşqçilərin müdaxiləsi işlərin peşəkar səviyyədə qurulmasını göstərir. Onlar gördükləri işlə futbolçularda özünəinamı qaytarmağa çalışdılar. İzah etdilər ki, heç kim məğlubiyyətdən sığortalanmayıb, sadəcə, bundan dərs çıxarmaq, nəticə əldə etmək lazımdı. Komandamızın Norveç yığması ilə oyuna tam hazır olacağına inanırıq.

 

- Yeri gəlmişkən, Serbiya yığması ilə oyunda millinin heyətində debüt edən futbolçular da oldu. Onların çıxışı haqda nə deyə bilərsiz?

- Coşqun Diniyev, Məhəmməd Mirzəbəyov və Məhəmməd Qurbanovun yığmanın heyətində ilk dəfə meydana çıxması onu göstərir ki, biz nəticə ilə bərabər, yeni komndanı da formalaşdırmağa çalışırıq. Bu gənclər tədricən yığmaya uyğunlaşacaq və gələcəkdə komandanın aparıcı simalarına çevriləcəklər. Onlarıa təcrübə toplaması, millinin ab-havasına öyrəşməsi üçün bu cür matçlarda şans vermək lazımdı.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

19:00

AL: "Qarabağ" "Vestri"ni qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

Facebookdan bizi izləməyi unutmayın.
X