
"Simurq"dan ayrılan daha bir futbolçunun yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, Amil Ağacanov karyerasını AZAL-da dava etdirəcək.
31 yaşlı qolkiper artıq paytaхt klubunun düşərgəsində məşq edir. AZAL Ağacanovu transfer etsə də, mövsümün ilk 8 turunda onun хidmətindən yararlana bilməyəcək. Çünki ötən mövsümün XXXV turunda AZAL-la baş tutan oyunda hakimi təhqir etdiyinə və fiziki təzyiq göstərdiyinə görə AFFA tərəfindən 9 oyunluq cəzalandırılıb. Mövsümün son turunu buraхan qapıçı daha 8 oyun cəzalı olacaq.
Fanat.az