
"Kəpəz"in Premyer Liqaya qayıtması hamımızı sevindirdi. Amma görünən odu ki, hələ də komandanın başı üzərindəki qara buludlar dağılmayıb". Bu sözləri Fanat.az-a açıqlamasında "Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev deyib.
AFFA-nın dəstəyi ilə Premyer Liqaya qaytarılan "Kəpəz"də maliyyə məsələləri hələ həll olunmayıb. Belə ki, bu günə qədər nə sponsorun adı açıqlanıb, nə də klub üçün maliyyə ayrılıb. Bu səbəbdən gəncəlilər hələlik ucuz yerli futbolçuların transferi ilə kifayətlənir, hətta komandanın Türkiyədəki təlim-məşq toplanışı da sual altına düşüb.
"Kəpəz" azarkeşləri vəziyyətdən narahatdı. Fan-klubun rəhbəri bildirib ki, bununla bağlı iclas keçirmək niyyətləri var: "Vəziyyət bizi narahat edir. "Kəpəz" Premyer Liqadan kənarda qalmamalıdı. İllər sonra belə bir imkan yarandıqdan sonra çempionata qatıla bilməmək Gəncə üçün faciə olar. Azarkeşlər olaraq AFFA və şəhər rəhbərliyindən хahiş edirik ki, "Kəpəz"ə kömək etsinlər. Bununla bağlı iclas keçirmək fikrimiz var. İstəyirik ki, azarkeşlər və futbol veteranları toplaşıb vəziyyəti müzakirə etsin, lazımı yerlərə müraciət ünvanlasın".
Fanat.az