
"Arda Turanın bu il "Qalatasaray"a dönməsi mümkünsüz görünür. İnşallah, gələn il gələr". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın prezidenti Ünal Aysal deyib.
Klub rəhbəri transfer çalışmaları barədə danışıb: "Sol cinahdakı boşluğu doldurmalıyıq. Həm Çempionlar Liqası, həm də Super Liqa üçün geniş heyətimiz olmalıdı. Baş məşçimiz əvvəlcə sol cinah müdafiəçisi istəyirdi, indi sol cinah yarımmüdafiəçisi istəyir. İnşallah, transfer pəncərəsinin sonunadək bu boşluğu dolduracağıq.