15:09 29.07.2015 706

Xaqani Məmmədov: "Premyer Liqada yeni hakimlər olacaq"

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov affa.az saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.


- Bu günlərdə hakimlərin Polşada təlim-məşq toplanışı keçirildi. Yeni mövsümə hazırlıq prosesini necə qiymətləndirirsiniz?

- Əvvəlcədən planlaşdırdığımız kimi, toplanışı Polşanın Varka şəhərində keçirdik. Artıq ikinci dəfədi ki, həmin yerdə toplanış təşkil edirik. Bildiyiniz kimi, yay aylarında oyunlar az olur. Amma həmin məkanda hakimlərimiz Polşanın I liqasının komandalarının, eləcə də İsrail Premyer Liqasının 2 klubunun iştirakı ilə keçirilən oyunları idarə etdilər. Planda 12 oyun idarə edəcəyimiz nəzərdə tutulsa da, hakimlərimiz 14 matçda ədaləti qorudular. Əvvəlki illərlə müqayisədə, oyunların səviyyəsi yüksək idi. Hətta vaxtilə UEFA kubokunda mübarizə aparmış “Poloniya” kimi klub da həmin komandaların arasındaydı. Bu komandaların iştirakı ilə keçirilən 3-4 oyunu idarə etdik. Polşa Premyer Liqasının oyunlarını idarə etməməyimizin səbəbi isə həmin vaxt orada çempionatın başlanması ilə bağlıdı. Toplanışın gedişindən və nəticələrindən razı qaldım.

 

- Hazırlıq müddətində hansı çatışmazlıqları təsbit etdiniz?

- 14 günlük toplanışın I mərhələsini ötən mövsümün oyunları zamanı yaşanan problemlərin təhlilinə və aradan qaldırılmasına ayırdıq. Premyer Liqanın və başqa ölkələrin çempionatlarından hazırlanan, eləcə də FIFA və UEFA-nın hazırladığı video materialları izlədik, baş verən hakim səhvlərinin analizini apardıq. Hakimlərimiz müxtəlif suallara cavab verdilər. İkinci mərhələni isə yeni mövsümün planlarına, FIFA və UEFA-dan göndərilən yeni materalların hakimlərimizə izahına və digər məsələlərə ayırdıq.

 

- Bəs razı qaldığınız nüanslar hansılar oldu?

- Razı salan məqamlardan biri hakimlərimizin oyun qaydaları dilində danışmağı bacarmasıdı. Artıq onlar UEFA-nın müəyyən kriteriyaları çərçivəsində epizodlara ona uyğun şəkildə münasibət bildirirlər. Fiziki hazırlıq üzrə məşqlərimiz də yüksək səviyyədə keçdi və hakimlərimiz məhsuldarlıq nümayiş etdirdilər. Gün ərzində 2 dəfə ağır məşqlər keçirdik. Fiziki hazırlıq üzrə məşqçimiz Namiq Quliyev UEFA-nın son materiallarını hakimlərə çatdırırdı. Toplanışın sonunda hakimlər ilk dəfə olaraq bir yox, iki normativi ödədilər. Birincidə indiyə qədər olan, ikincidə isə UEFA-nın eksperimet normativi yerinə yetirdilər. Onu da deyim ki, yeni normativi tətbiq edən ilk ölkələrdənik. Bir sözlə, bu toplanışda irəliləyiş daha çox oldu.

 

- Hazırlıq prosesinə yeni hakimlər dəvət etmişdinizmi?

- Bu dəfə toplanışa dəvət etdiyimiz hakimlərin sayını azaltmışdıq. Bu hansısa problemlə bağlı deyildi. Belə bir çətin vəziyyətdə hakimlərin ölkə xaricində yüksək səviyyədə toplanış keçirməyinə şərait yaratdığına görə, AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Hakimlərin sayı az olanda dərslərdə, məşqlərdə məhsuldarlıq yüksək, nəticə effektli olur. Bir neçə gənc hakim var ki, onları Premyer Liqada görəcəyik. Onlardan Rəvan Həmzəzadəni, Xəlil Xəlilovu, Ramil Əhmədovu nəzərdə tuturam.

 

- Premyer Liqanın startına 10 gündən az vaxt qalıb. Hakimlər oyunları idarə etməyə hazırdırlarmı?

- Hakimlik zamanı bəzən elə səhvlər olur ki, heç onun izahını qaydalarda tapa bilmirsən. Sonradan beynəlxalq qaydalar şurası toplaşıb onu qaydalara salırlar. Ümumi götürdükdə, hakimlərimizin hamısı nəzəri biliklərdən uğurla keçdilər. Bu il ilk dəfə olaraq hakimlər biletlərdən əlavə, metodika üzrə də imtahan verdilər. Onlar fiziki hazırlıq üzrə normativləri də yerinə yetirdilər. Sadaladıqlarıma əsaslanıb hakimlərin çempionata hazır olduğunu deyə bilərəm. Amma oyunlar zamanı nələrin baş verəcəyini çempionatın startından sonra görəcəyik. Onu da vurğulayım ki, hakimlər bu dəfə işlərinə çox məsuliyyətlə yanaşdılar.

 

- Hakimlər ləvazimatlarla tam təchiz ediliblərmi?

- Müqayiə üçün deyim ki, Rusiya Futbol İttifaqı cari mövsümdən çempionat oyunları zamanı “sprey”lərdən  istifadə etməklə bağlı qərar qəbul edib. Düzdü, iki tur arxada qalsa da, hələ ortada heç nə yoxdu. Amma biz ötən mövsümdən bu ləvazimatdan yararlanırıq. Bundan başqa, bəzi oyunlarda “6-lıq” sistemindən də istifadə edirik. Bir sözlə, hakimlərimiz lazımi ləvazimatlarla tam təchiz olunub.

 

- I divizion və əvəzedici komandaların oyunlarına təyinat alacaq hakimlər üçün seminar keçiriləcəkmi?

- Bu günlərdə belə bir seminar keçirməyi planlaşdırırıq. Təbii ki, seminarın sonunda onlardan həm nəzəri biliklərlə bağlı imtahan, həm də fiziki normativlər götürüləcək. İmtahandan keçməyən və nprmativləri verə bilməyən hakimlər müəyyən müddətə kənarda qalacaqlar.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

19:00

AL: "Qarabağ" "Vestri"ni qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

Facebookdan bizi izləməyi unutmayın.
X