17:39 29.07.2015 947

"Svanadzenin Tsxadadze olması üçün zamana ehtiyac var"

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev "Report"a müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.


- DÇ-2018-in seçmə mərhələsində Azərbaycan milli komandasının düşdüyü qrupu Məşqçilər Komitəsində təhlil etdiniz. Hansı qənaətə gəldiniz?

- Deyərdim ki, qrupumuz çox əladır. Digərləri ilə müqayisədə çox yaxşı qrupa düşmüşük. Rəqiblər içərisində ən fərqləndirici komanda Almaniyadır. Qalanlarının hamısı bir-birinə oxşayır. İstər Çexiya olsun, istər Norveç, istərsə də Şimali İrlandiya. San Marino barədə danışmıram. Çünki bu komanda rəqiblərinə bir qol belə vurmayıb. İnşallah, biz onları hər iki görüşdə udacağıq.


- Hərdən sürprizlər də olur. Bəlkə San Marino Azərbaycan yığmasına qol vurmağı bacarır?

- San Marino? Onda gərək Azərbaycanda futbolu ləğv etsinlər. Ondansa başqa rekordu seçək.


- Bir-birinə bərabər saydığınız komandalardan Şimali İrlandiyanı rəsmi, Çexiyanı yoldaşlıq görüşündə məğlub etmişik. Norveçlə isə son rəsmi matçda səfərdə heç-heçə etmişik...

- Bəli, Çexiyanı da, Şimali İrlandiyanı da yenmişik. Millimizin baş məşqçisi Robert Prosineçkinin sayəsində Norveçlə səfərdə yaxşı oynamışıq. Ona görə də bizim üçün yeganə rəqib Almaniyadır.


- Demək, yığmamız qrupda ikinci yeri tuta bilər...

- Niyə də tutmayaq? General olmaq arzusu ilə yaşamayan əsgər deyil.


- Hələ növbəti tsiklədək bir ildən çox vaxt var. Qalan müddətdə hansı işlər görülməlidir ki, milli komanda oyunlara tam hazır olsun?

- Heyəti qorumaq və bir az da oyunları üzərində işləmək lazımdır. Mənə elə gəlir ki, Prosineçki bacaracaq!


- Bəs Azərbaycanın 3 klubunun avrokubok qarşılaşmaları barədə nə düşünürsünüz?

- İlk oyunlardan sonra hər şey aydın olacaq. Amma indidən deyə bilərəm ki, hər 3 rəqib - Şotlandiya "Setik"i də, İspaniya "Atletik"i də, Kipr "Apollon"u da güclüdür. Yəqin ki, "Qarabağ" "Seltik"i keçsə, Çempionlar Liqasının, "İnter" və "Qəbələ" isə "Atletik"lə "Apollon"u keçsələr, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.


- "Neftçi"nin baş məşqçisi olduğunuz vaxt Kiprin digər təmsilçisi APOEL-i üstələyərək, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmısınız. Bəs "Qəbələ"nin "Apollon"u keçməsi üçün nə lazımdır?

- Yadınızdan çıxmasın: Ovaxtkı "Neftçi" komanda deyildi, nağıl idi, nağıl! O, başqa bir şey idi. O "Neftçi" ilə bu "Qəbələ" arasında yerlə göy qədər fərq var. Bir şeyi də unutmayaq ki, hazırkı "Qəbələ" yeni yığılmış komandadır. Komanda üzvlərinin bir-birini tanıması üçün 3-6 ay vaxt lazımdır. Hazırda "Qəbələ" bu futbolu oynayırsa, onlara da "sağ ol" demək lazımdır. Çünki oyunçuların adaptasiyası üçün müəyyən zamana ehtiyac var. Kipr futbolunda iki əsas komanda var: APOEL və "Apollon". Bunların arasında çempionluq uğrunda da qırğın gedir. Həmişə çox yaxşı çıxış edirlər.


- Sizcə, "Apollon" - "Qəbələ" oyununda təxribat gözlənilir?

- Bu, UEFA miqyaslı turnirdir, meydanda təxribat gözləməyin. Amma tamaşaçıların rolu böyük olacaq. 3 il öncə APOEL-lə oyun öncəsi kiprli jurnalist mənə bir sual verdi: "Qorxmursunuzmu ki, sabah əllərində Kipr və Yunanıstan bayrağı tutan 23 min azarkeş üstünüzə gələcək? Mən isə belə cavab verdim: "Siz də bir şeyi unutmayın ki, qəlbimizin üstündə vuran Azərbaycan və Türkiyə bayraqlarıdır. Onlara bu cavabı Nikosiyada vermişdim. Deməyim odur ki, "Apollon" önünə qorxaq görkəmdə çıxmağa ehtiyac yoxdur. O "Apollon"dursa, bu da "Qəbələ"dir. Mənə elə gəlir ki, yığışsalar, rəqibi düzgün analiz etsələr, oyunu düzgün qursalar, Kipr klubu keçiləsi rəqibdir. O vaxt da heç kim inanmırdı, amma mən getdim APOEL-ə 3 dənə vurdum, gəldim.


- Baş məşqçi olduğunuz vaxt əcnəbi həmkarlarınızdan əsas rəqibiniz Kaxaber Tsxadadze idi. Amma o, "İnter"lə Avroliqada 2 mərhələ keçə bilmədi. Lakin Tsxadadzenin sabiq köməkçisi Zaur Svanadze ilə "bankirlər" artıq III mərhələdədirlər...

- Bu mərhələni də keçsə, Svanadzeyə "bərəkallah" deyəcəyəm.


- Bəs Sizcə, niyə Tsxadadze bu vəzifənin öhdəsindən gələ bilmədi?

- Ola bilsin, Kaxanın dövründə "İnter"ə belə rəqiblər qismət olmamışdı. Həm də onun sağı-solu var idi. Svanadzenin Tsxadadze olması üçün müəyyən zamana ehtiyac var. Kaxa 5 ildən sonra özünü təsdiqlədi. Zaurun isə hələ debüt oyunlarıdır. Gəlin, "Atletik"lə oyunları da gözləyək, sonra da deyək Svanadze Tsxadadzenin tayıdır, yoxsa ondan çox geri qalır.


- "Seltik" barədə nə düşünürsünüz?

- Bu komanda 46 dəfə Şotlandiya çempionu olub, Avropada sayılıb-seçilənlərdəndir. "Qarabağ" Azərbaycan necə nümunəvi klublardandırsa, "Seltik" də öz ölkəsində belədir. "İki qoçun başı bir qazanda qaynamaz" deyiblər. Bu oyundan sonra ikisindən biri eşiyə çıxar.


- Amma artıq "Seltik" əsas rəqibi "Reyncers"in aşağı liqaya salınması üzündən meydanda tək qalıb. Rəqabətsiz komandanın əvvəlki nəticələri göstərəcəyi nə dərəcədə inandırıcıdır?

- Amma "Seltik" daim Avropa kuboklarında özünü göstərib. Bu, tam başqa futboldur. Çempionlar Liqası Şotlandiya birinciliyi ola bilməz. Eləyə qalsa, "Qarabağ"ın da Azərbaycanda rəqibi yoxdur. "Qəbələ"ni rəqib sayırsınızsa, onun bu səviyyəyə çatması üçün müəyyən zaman və nəticələrə ehtiyac var.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

19:00

AL: "Qarabağ" "Vestri"ni qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

Facebookdan bizi izləməyi unutmayın.
X