Premyer Liqada çıхış edən klubların əvəzedici heyətləri arasında turnirdə VII turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda "Rəvan" AZAL-ı qəbul edib. Qonaqlar səfərdə 2:0 hesablı qələbə qazanaraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.
İkinci oyun günündə daha bir matç baş tutub. "Neftçi" doğma meydanda debütant "Zirə"ni 3:1 hesabı ilə yenib.
Son üç qarşılaşma bu gün keçirilib. "Qəbələ" "Xəzər Lənkəran"ı darmadağın etdib - 4:0. "İnter" - "Qarabağ" oyunu 0:0 hesabı ilə yekunlaşıb. "Kəpəz" isə "Sumqayıt" 2:0 hesabı ilə yenib. Bu suqayıtlıların cari mövsümdə ilk yenilgisi olub.
Əvəzedici heyətlər
2015/16 mövsümü
I dövrə, VII tur
1 oktyabr
AZAL - Rəvan 0:2
Qollar: Hüseyn Axundov, 10-pen. Elçin İsmayılov, 14.
2 oktyabr
Zirə - Neftçi 1:3
Qollar: İlqar Hüseynov, 56 - Mirabdulla Abbasov, 9; 69. Aqşin Qurbanlı, 11-pen.
3 oktyabr
Qəbələ - Xəzər Lənkəran 4:0
Qollar: Ayxan Əsədov, 20. Yusif Həsənov, 73 (avtoqol). Şamil Camaləddinov, 78. Rövlan Muradov, 89.
İnter - Qarabağ 0:0
Kəpəz - Sumqayıt 2:0
Qollar: Tural Nərimanov, 59. Zahid Sadıqov, 71.
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | Sumqayıt | 7 | 5 | 1 | 1 | 22-7 | 16 |
| 2 | Neftçi | 7 | 5 | 1 | 1 | 20-8 | 16 |
| 3 | Kəpəz | 7 | 4 | 1 | 2 | 8-6 | 13 |
| 4 | Rəvan | 7 | 4 | 0 | 3 | 12-11 | 12 |
| 5 | Zirə | 7 | 3 | 1 | 3 | 7:12 | 10 |
| 6 | Qəbələ | 7 | 3 | 0 | 4 | 12-10 | 9 |
| 7 | Xəzər Lənkəran | 7 | 3 | 0 | 4 | 11-20 | 9 |
| 8 | Qarabağ | 7 | 2 | 1 | 4 | 9-9 | 7 |
| 9 | İnter | 7 | 2 | 1 | 4 | 11-15 | 7 |
| 10 | AZAL | 7 | 1 | 0 | 6 | 7-21 | 3 |
| Bombardirlər | Aqşin Qurbanlı (Neftçi) - 7. Ramil Mansurov (İnter), Emil Həsənzadə (Sumqayıt), Mirabdulla Abbasov (Neftçi) - 5. Kamal Dənziyev (Xəzər Lənkəran), Hüseyn Axundov (Rəvan) - 4. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol