Albaniya yığmasının heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Gianni De Biasi qarşıdakı oyunlara 24 futbolçu dəvət edib.
Siyahıda Azərbaycanda oynayan futbolçu da var. Belə ki, "Qarabağ"ın üzvü Ansi Aqolli Albaniya millisinə çağrılıb. 32 yaşlı yarımmüdafiəçi indiyədək yığmada 56 oyun keçirib və 2 qol vurub.
Qeyd edək ki, Albaniya yığması oktyabrın 8-də Serbiyanı qəbul edəcək, 3 gün sonra İrəvanda Ermənistanın qonağı olacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol