
"Yanq Boyz"un baş məşqçisi Adi Hütter açıqlama verib. Fanat.az xəbər verir ki, baş məşqçi "Qarabağ"la Avropa Liqasındakı oyunlarla bağlı da danışıb:
"Qarabağ"la oyundakı “Yanq Boyz”la indiki komanda arasında çox böyük fərq var. Etiraf etmək lazımdı ki, “Yanq Boyz” bu mövsüm ən biabırçı oyununu “Qarabağ”a qarşı keçirdi. İndi komandamız əsl hücum futbolu nümayiş etdirir. Ancaq biz son 4 matçda qələbə qazanmışıq və liderlə aradakı xal fərqini azaltmışıq. Fikrimcə, bu ab-hava mövsümün əvvəlində olsaydı, komanda Avrokuboklarda indi qrup mərhələsində iştirak edirdi”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Yanq Boyz”a 1:0 və 3:0 hesabı ilə qalib gəlib. Həmin vaxt komandanı Harald Qamperle çalışdırırdı.
Fanat.az