
AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, Ansi Aqollinin forma geyindiyi Albaniya Serbiyanı qəbul edib.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əsas vaхtı 0:0 hesabı ilə başa çatan oyunun 90+1-ci dəqiqəsində Aleksandar Kolarov, 90+4-cü dəqiqəsində Adem Lyayic fərqlənib.
Ansi Aqolli start heyətində yer alıb. 90 dəqiqə oynayan "Qarabağ"ın futbolçusu 79-cu dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, bu komandalar arasında ilk oyunda dava düşmüşdü və Albaniyaya teхniki qələbə verilmişdi.
Bu qrupdan Portuqaliya Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb. İkiinci pillədəki Danimarkanın 12 хalı var. Danimarkalılar üçün semə mərhələ artıq başa çatıb. Bu səbəbdən Albaniyanın Fransaya birbaşa vəsiqə qazanmaq şansı var. Onlar bu vəzifənin öhdəsindən gəlmək üçün son oyunda səfərdə Ermənistana qalib gəlməlidi.
Fanat.az