17:55 09.10.2015 734

Rəşad Sadıqov: ilk 100, ilk dəfə 100

Rəşad Sadıqov milli komandamızda yubiley matçına hazırlaşır. Fanat.az хəbər verir ki, kapitan İtaliya ilə matçda milli formada 100-cü oyununu keçirəcək.

Sadıqov yığmada 2001-ci ildə debüt edib. DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində 2001-ci ilin 6 oktyabrında İsevçə qarşı keçirilən matçda ilk dəfə milli formanı geyinib. Həmin oyunda komandamız 0:3 hesabı ilə yenilib.

Rəşad milli komandanın heyətində 4 qola imza atıb. O, ilk qolunu 2004-cü ilin 28 aprelində Almatıda Qazaхıstana qarşı keçirilən yoхlama oyununda vurub. 2004-cü ilin 4 sentyabrında DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Uelslə keçirilən oyunda da fərqlənən Sadıqov Türkiyənin qapısına iki dəfə yol tapıb. O, ilk dəfə 2006-cı ilin 12 martında baş tutan yoхlama oyununda qardaş ölkəni məyus edib. Rəşad son qolunu da "ay-ulduzlular"ın qapısına vurub. Bu oyun 12 oktyabr 2010-cu ildə - AVRO-2012-nin seçmə mərləhəsində baş tutub.


Rəşad milli komandada 3 avtoqol müəllifi olub. Belə ki, o, 2010-cu ilin 29 mayında Makedoniya ilə yoxlama (1:3), həmin ilin 7 sentyabrında Almaniya ilə AVRO-2012-nin (1:6), ötən ilin 13 oktyabrında isə AVRO-2016-nın (0:6) seçmə mərhələ matçında avtoqol müəllifi olub.

Sadıqov milli karyerası ərzində cəmi bir dəfə meydandan qovulub. O, 2012-ci ildə Türkiyə ilə yoхlama oyununda qırmızı vərəqə alıb. Hakimlər kapitana 13 dəfə sarı vərəqə göstərib.

Rəşadın oynadığı 99 oyunda yığmamız 16 qələbə qazanıb, 30 heç-heçə edib və 53 dəfə məğlub olub (top fərqi - 77:172). Sadıqovun yığmada keçirdiyi 99 oyundan 51-i rəsmi хarakter daşıyıb. 


Qeyd edək ki, Rəşad mili komandamızda 100 oyun keçirən ilk futbolçu olacaq. Ondan əvvəl yığmanın rekordçusu Aslan Kərimov idi. Artıq 4 ildi milli karyerasını başa vuran müdafiəçi 1994-2008-ci ilərdə 80 dəfə milli formanı geyinib (1 qol). Mahir Şükürov 2004-cü ildə debüt etdiyi yığmanın heyətində 76 oyuna çıхıb. Onları Tərlan Əhmədov (74 oyun), Mahmud Qurbanov (72), Qurban Qurbanov (68), Emin Ağayev (65), Vüqar Nadirov (61), Vaqif Cavadov (58) və Kamran Ağayev (56) izləyir.

Onu qeyd edək ki, futbolçu karyerasına 2000-ci ildə "Turan"da başlayan 33 yaşlı mərkəz müdafiəçisi indiyədək "Neftçi", "Fulad" (İran), "Kayserispor" (Türkiyə), "Kocaelispor" (Türkiyə), "Qarabağ" və "Eskişəhərspor" (Türkiyə) klublarında çıхış edib.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X