12:24 12.10.2015 890

Ramin Musayev: "O insanlar səviyyəsizdi"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev oxu.az saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

- Ramin müəllim, əksəriyyət sizi tanıyır, ən əsas da futbolçular və jurnalistlər. Sizi daha yaxından tanıyaq. Ramin müəllim harda böyüyüb, məktəb illəri harda keçib?
- Mən 1963-cü il 26 aprel tarixində Gürcüstanın Bolnisi rayonunda doğulmuşam. Məktəb illərim də orda keçib, deyim ki, sakit uşaq olmuşam, yox. Çox nadinc olmuşam, idmanı sevən olmuşam, ailədə üç bacı, üç qardaş olmuşuq. Məktəbi də Gürcüstanda oxumuşam, Ədəbiyyatı, Tarixi yaxşı oxumuşam. Azərbaycan tarixini yaxşı oxuyurdum, öz tariximizi bilmək borcumuzdu. Ondan sonra Bakıya gəldim, gəlişimin səbəbi universitetə daxil olmağım idi. İnşaat Mühəndisləri İnstitutunu oxumuşam. Müəllimlərim məni çox istəyirdi, kişi kimi xasiyyətdə uşaq olmuşam. Məktəb illərim maraqlı keçib.

- Universitet illəri maraqlı keçir. Xanımlarla dostluğunuz alınırdı, yoxsa sevmirdiniz dostluq etməyi?
- Əslində kişi məclisini daha çox sevmişəm, həmişə universitet illərində ətrafımda daha çox oğlan olub, xanımlar az idi, amma bu, o demək deyildi ki, dostluq eləmirəm. Mənim ümumiyyətlə, insanlarla münasibətim həmişə yaxşı olub, yəni dava-dalaş sevən deyiləm.


- Sistem işi asan deyil, bəs futbol və sistem bir-birinə tərs-mütənasib deyildi ki?
- Dediyim kimi, mən İnşaat Mühəndisləri İnstitutunu bitirmişəm, uzun illər sistem sahəsində çalışmışam. Bir işi görəndə onu məsuliyyətlə etmək lazımdı - hansı işdə olmağının fərqi yoxdu. Sistem sahəsində çalışanda da məsuliyyətim yerində idi, futbolda da. Bir müddət futbolla tanış olmağa başladım, sonra bir müddət “Neftçi”nin vitse-prezidenti kimi çalışdım. Bu gün futbol sahəsindəyiksə futbolumuz üçün az da olsa nəsə etməyə çalışırıq. 2008-ci ildən Peşəkar Futbol Liqasının prezidenti vəzifəsində çalışıram.

- Kişilər təmənnasız futbolu sevir. İlk dəfə futbol, qol, azarkeş hissi, tribuna, stadion, ab-hava! Bütün bunlar hansı kluba aid oldu və neçənci illər idi?
- O vaxtlar internet, radio, televiziya, kanallar belə inkişafda deyildi, “Araz” adlı stansiya vardı, biz ona qulaq asırdıq. Otururduq dostlarımızla radioda o səsi gözləyirdik ki, bu dəqiqə qol olacaq. Təbii ki, mənim həmişə komandam “Neftçi” olub, qol səsini, həyəcanını səbirsizliklə gözləyirdik. Oyunlar çox maraqlı keçirdi, stadion həmişə dolu olardı, o vaxt azarkeş sevgisi də başqa cür olurdu. Kim deyir ki, Azərbaycanda futbol yoxdu! Səhv fikirdi. Niyə yoxdu ki? Son illər inkişaf etdiyindən hələ yaxşı yerdəyik, yaxşı futbolçularımız da var.


- Demək olar ki, çox klubumuzun uğurlarından danışa bilərik, amma məhz sizin oyununu bəyəndiyiniz klub hansıdı?
- Əslində klublarımızın hamısı yaxşıdı, həm oyunları, həm nəticələri. Son vaxtlar “Sumqayıt”ın oyununu bəyənirəm, “Azal” da yaxşıdı, “Qarabağ”ın isə sözə ehtiyacı yoxdu, “Neftçi” isə mənim gənclik komandamdı.

- Futbolda dava, söyüş normaldı, sizcə? Çünki bir neçə futbolçumuz buna riayət etmir.
- Futbolda emosional olursan, stress, gərginlik olur, amma bu, o demək deyil ki, sən söyüş söyəsən. Düşünməlisən ki, sən tək deyilsən. Azarkeşlər var, komanda yoldaşların, hakimlər, baş məşqçi və s. var. Söyüş söymək olmaz, özünü bərk tutmalısan, amma dava olmağı normaldı, çünki bir neçə saniyə belə futbolçular öz stresslərini bir-birinə dava şəklində bildirirlər. Lakin bu, o demək deyil ki, sən stadiona daxil oldunsa dava eləməlisən, xeyr. Yaxşısı odu ki, kontrol edib yaşıl örtüyə daxil olasan. Bir şeyi qeyd edim, məsələn, niyə Rəşad Sadıqov haqqında pis rəy, söz, söyüş eşitmirik?! Deməli insan özünü aparmağı bilir, yaxşı futbolçu olmaqla yanaşı, yaxşı insan da olmalısan!

- Siz futbolçularla heç bu mövzuda danışmısız?
- Mən bir neçə futbolçumuz var ki, onlarla şəxsən burda oturub danışmışam, nəyisə başa salmışam. Başa düşüb, amma üstündən bir müddət keçib, yenə eyni şey təkrar olub.


- Xəbərləri oxuyursuz, saytlardan məlumatınız olur. Özünüz haqqında mənfi yazı, söz, cümlə görəndə necə olursuz?
- Əslində tərifi çox sevən adam deyiləm, amma düzünü danışmaq lazımdı. Açıram xəbəri baxıram, yazılıb “Ramin Musayevin ürəyi getdi”, nə bilim nə oldu. Halbuki mən oturmuşam yerimdə, o cür insanlar səviyyəsizdilər. Bunu çəkinmədən deyirəm, açırlar bir sayt, reytinq olsun deyə mənə sataşırlar. Pul qazanmaq istəyirsən? Kimisə təhqir edərək qazanacaqsan? Mən jurnalistlərlə oturmuşam, söhbət də etmişəm. Hansısa biri deyə bilər ki, Ramin müəllim bizə dedi ki, məndən yaxşı yazın? Yox, təbii ki, əksinə, deyirəm məni yalandan tərifləməyin, sevmirəm. Jurnalistika gözəl peşədi, amma hansısa iki nəfərə görə peşəni ləkələyirlər.

- Deyirlər futbol bir az da şounu sevir. Məsələn, Ronaldo jestləri ilə daha çox yadda qalır, azarkeşlər onun futbol oynamağından çox, şou göstərdiyini deyir. Bizim klublarda, bizim futbolçulardan oyuna çıxanda futbol yox, məhz şou göstərənlər varmı?
- Əlbəttə, yaxşı futbol oynayan da var, şou göstərən də, özünü göstərən də, yalandan fırlanan da... Amma yaxşı oyunçularımız da var.


- Heç kəs ideal deyil! Bu kəlməni hamımız istifadə edirik. Bəs sizin özünüzdə bəyənmədiyiniz və əksinə olan hansı xüsusiyyətlər var?
- Tez inanan insanam, biri bir şey desin tez inanacam, bunu özümdə sevmirəm.

- Hər gün içdiyiniz içki?
- Hər gün çay içməyi sevirəm (gülür).

- Saat kolleksiyası toplayırsınız deyəsən?
- Çox sevirəm saatları, 15-16 dənə saatım var, bəyəndiyim saatları yığıram, hədiyyə aldıqlarım da olub.

- İlk hədiyyə aldığınız xanım?
- İlk hədiyyəni anama almışam, o da almaq sayılmazdı, bağdan gül dərib gətirib anama vermişdim. Hədiyyə verməyi sevirəm.


- “Yox” sözünü tez-tez istifadə edirsiniz?
- Qətiyyən, kimsə nəsə xahiş edirsə, ehtiyacı olursa, yox demirəm. Çalışdığım qədər, bacardığım qədər yardım edirəm.

- Azərbaycan futboluna ən çox nəyi arzu edirsiniz?
- Problemlər var idi, stadion, bazalar və s. ilə bağlı. Amma cənab Prezidentin, hörmətli Rövnəq müəllimin sayəsində bunlar öz həllini tapdı. Amma istəyərdim ki, hər bölgənin öz klubu olsun, inkişaf etsin. Yaxşı talantlı uşaqlarımız var bölgələrimizdə, onlar inkişaf etməlidi.

- Nəyə görə oğlunuz futbola davam etmədi?
- Bir oğlum, bir qızım var. Oğlum futbolla məşğul idi, amma daha çox təhsilini davam etdirməyini istəyirəm. Təhsil almaq, oxumaq insan üçün ən vacib amildi. Hazırda Avropada təhsilini davam etdirir.


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X