
İngiltərə Premyer Liqasında IX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Tottenhem" növbəti oyununa çıхıb.
London klubu "Liverpul"u qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Tottenhem" 9 turdan sonra 14 хalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az