10:02 19.10.2015 822

"Neftçi"nin qapısı silkələnir, silkələndikcə şirin yuxuya gedir

"Ağ-qaralar" özünə gələ bilmir - məğlubiyyətlər davam edir

“Neftçi” yenə uduzdu. Bu dəfə “Qəbələ”yə, oyunun son dəqiqələrində yenildi. İnsafən "ağ-qaralar" pis oynamırdılar. Bir neçə dəfə hesabı aça da bilərdilər. Di gəl, peşəkarlıq, komanda da özünəinam yox idi. 

“Flaqman” 8 oyuna 9 xal qazanıb. “Qəbələ”ylə görüşdəki məğlubiyyət bu mövsümdəki heç-heçəyə bərabər oldu. Yəni, üç başabaş mübarizə (əslində burada başabaşlıq mübarizədən söhbət gedə bilməz), üç məğlubiyyət, topların nisbəti də -1. 7 qol vurublar, əvəzində 8 dəfə torları silkələnib. 

Hə, təkcə “Neftçi”nin 8 dəfə toru silkələnməyib, bu, həm də komandanın silkələnməsi deməkdi. Ancaq nədənsə iddialı, özünə peşəkar futbol klubu adını vermiş "ağ-qaralar" qəflət yuxusundan ayılmayıblar. Elə bayılıblar ki, çətin bundan sonra özlərinə gələrlər. Əzəli rəqibləri - “Qarabağ”, “Qəbələ” və “İnter” turnir cədvəlində sürətlə irəliləyir. Hətta debütant “Zirə” və “Kəpəz” də “Neftçi”dən öndədi. 

Maraqlıdı, nə baş verir? Deyəsən, çiylənmiş bir sualı müzakirəyə çıxartdıq?! Pərdəarxasında nələrin olduğunu tam dəqiqliklə söyləyə bilmərik, ancaq fakt budu ki, “Neftçi” özünə bənzəmir. Nə oyunu alınır, nə də... Bir sözlə, klubda heç nə yoxdu. “Çatışmayan nədi” sualı əvəzinə, “çatışan nədi?” konusu müzakirəyə çıxarılsa, daha yaxşıdı. 


Bir müddət klub rəhbərliyi məğlubiyyətləri komandanın gənclərdən ibarət olması, futbolçuların bir-birinə öyrəşməməsiylə izah edib, təmizə çıxmağa çalışırdı. İndi bunu da dilə gətirə bilmirlər. “8 oyuna komanda oturuşmayıb” cümləsini kimə desən gülər. Bircə problem var - o da ümumbəşəridi. Sistemsizlik!!!

“Neftçi” uduzur, məğlubiyyətə düçar olduqca da yayınmağa çalışır. Fikirləri yayındırmaq üçün addımlar atırlar. Gah kiminsə cəzalanacağını deyirlər, gah da baş məşqçi istefa verəcəyini söyləyir. Sonda nə olur? "Ağ-qaralar" yenə meydanı başıaşağı tərk edir. Deməli, işin nədəni tamam başqadı. Bunu ayırd etmək, aramaq lazımdı. Lap gündə bir baş məşqçi gəlsin. Nə olacaq? Komanda düzələcək? Ona qalsaydı, “Xəzər Lənkəran” bütün titulları əldə edərdi. 

Samir Əliyev deyir ki, istefa qərarında qətidi. Sonra da əlavə edir ki, rəqib əvəzetmələrlə oyunu gücləndirdi. Ardıcıl iki məğlubiyyətdən sonra rəhbərliklə görüşüb, istefa ərizəsini yazacağını deyir. Üstəlik, turnir cədvəlində bu yerlərə layiq olmadığını dilə gətirir. Bir neçə saat sonra isə komandanın Müşahidə Şurasının iclası keçirilir və istefa qəbul olunmur. Vəssalam! İş bitmiş hesab olunur. Klub bundan sonra nə addımlar atacağını, nələr edəcəyini, qələbə üçün hansı yollar ayıracağınmı nə müzakirə edir, nə də mediaya məlumat verir. 

Bacardıqları yalnız bir şeydi, uduzduqları oyunlarla bağlı video-yazıları saytlarında yayımlamırlar. “Zirə”yə, “İnter”ə məğlubiyyətləri, öz günüdən olan əzəli rəqibi “Xəzər Lənkəran”la Bakıda heç-heçənin videosunu yayımlamır. İndi də “Qəbələ”ylə görüşü görməzlikdən irəli gəlir. Guya da bununla hər şey yoluna düşəcək. Yalnız qələbə oyunlarını yaymaqla (“Neftçi” bu mövsüm Premyer Liqada iki qələbə qazanıb), qələbə qazanmaq olmaz. Bu cür işlərlə ancaq məğlubiyytə düçar olmaq mümkündü.

"Neftçi" məğlu olduğu oyunların videosunu yaymır-yaymasın, biz tədim edək, siz baxın...


Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X