
"Qarabağ" Monakoya yola düşür. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Monako"nun qonağı olacaq komanda sabah səhər məşq edib ölkəni tərk edəcək.
"Qarabağ" Bakı-Nitsa reysi ilə hərəkət edəcək, Nitsadan Monakoya yollanacaq. Komanda sabah saat 18.00-da yola düşəcək.
Qeyd edək ki, “Monako" - "Qarabağ” oyunu oktyabrın 22-də "Stade Louis II" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Fanat.az