
“Qarabağ”ın zədəli futbolçusu Reynaldo vətəni Braziliyada əməliyyat olunub.
Qol.Az-ın xəbərinə görə, bu haqda futbolçu özünün rəsmi İnstagram səhifəsində yazıb.
O, əməllyyatın uğurla keçdiyini bildirib.
“Əməliyyatımın yaxşı keçməsi üçün dua edən, mənə dəstək mesajı göndərən hər kəsə təşəkkür edirəm” – deyən Reynaldo qeyd edib ki, indi əsas məsələ yaxşı realibitasiya keçib tezliklə geri qayıtmaqdır.
“Qarabağ” klubundan Qol.Az-a bildirilib ki, Reynaldo əvvəlcədən proqnozlaşdırıldığı kimi 6 ay yox, 2 ay sonra məşqlərə başlaya bilər.
Fanat.az