12:54 31.10.2015 720

"Rossiya 24" "Qarabağ"dan danışdı - VİDEO

"Rossiya 24" telekanalı Azərbaycan futbolunda əldə olunmuş nailiyyətlərdən bəhs edən süjet hazırlayıb. Fanat.az xəbər verir ki, "Azərbaycan futbolu başını qaldırır" adlı 3 dəqiqəlik süjetdə əvvəlcə "Qarabağ"ın uğurlarından danışılıb.


Müəllif Ağdam təmsilçisinə Bakıdakı 0:1 hesablı məğlubiyyətdən sonra Belçika "Anderlext"i rəhbərliyinin narazı azarkeşlərə kompensasiya ödədiyini xatırladıb. "Qarabağ"ın "Rəvan"la Azərbaycan Premyer Liqasındakı X tur qarşılaşmasında Vüqar Mustafayevin vurduğu gözəl qolu nümayiş etdirən telekanal ikiqat ölkə çempionunun həm daxili, həm də Avropa miqyasındakı uğurlarının təsadüfi olmadığını bildirib.


Baş məşqçi Qurban Qurbanov hələlik komandada işlərin pis getmədiyini açıqlayıb: "Açığı, bu, belədir. Həm futbolçuların yanaşma tərzləri, həm də turnir cədvəlindəki mövqeyinə əsasən, komandamdan razı olduğumu deyə bilərəm".


"Qarabağ"ın milliyyətcə rus, amma əslən bakılı müdafiəçisi Maksim Medvedev isə deyib: "Hərdən elə alınır ki, hətta "Anderlext" kimi komandaları məğlub edirik. Halbuki belə komandalar Bakıda asanlıqla çıxış edə biləcəklərini düşünürlər. Amma Azərbaycan 10 il əvvəlki deyil. Hazırda bura daha perspektivli, yüksək səviyyəli legionerlər cəlb olunur. Onlar yerli futbolçuları da öz arxalarınca daşımağa başlayırlar. Bu da ölkədə futbol uğurlarının daha davamlı olması baxımından çox müsbət amildir".


Daha sonra bildirilir ki, ekspertlər Azərbaycan futbolunun yeni və parlaq hüdudları aşacağına əmindirlər. Birbaşa ölkə rəhbərliyinin nəzarəti altında "Futbolun İnkişafına dair Dövlət Proqramı"nın hazırlandığı vurğulanıb. "Dalğa Arena" ərazisində salınmış Azərbaycan yığmalarının təlim-məşq bazasında "Neftçi"nin əvəzedici heyətinin hazırlıq prosesi də süjetdə əksini tapıb. "Qarabağ"la yanaşı, "Qəbələ"nin də bu mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları xatırladılıb, İngiltərə "Mançester Yunayted"inin AFFA ilə müqavilə əsasında Bakıda futbol məktəbi açdığı bildirilib.


Sonda Bakının AVRO-2020-ni təşkil edəcək 13 şəhərdən biri olduğu və Azərbaycan millisinin də final mərhələsində oynaya bilməsi üçün lazımi infrastrukturun hazırlandığı vurğulanıb. ("Report")



Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X