Qurban Qurbanov AZAL-la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi bunları deyib:
“Oyun bir daha göstərdi ki, hər bir komanda çətin rəqibdi. Bütün komandalar təhlükəlidi. Odu ki, götürülən xallar böyük bir addımdı. Bütün bunları futbolçular dərk eləməlidilər və hər bir oyunda maksimum mübarizə aparmalıdılar. AZAL da bu gün bizə rahat futbol oynamağa imkan vermədi. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşləri təbrik edirəm. Eyni zamanda, ilk qolunu vuran Raydell Puponu təbrik etmək istərdim. İnşallah, Raydell bundan sonra da hər oyun qol vurar, amma bunun çətin olduğunu bilirik. Lakin çox çalışan Pupon bunu haqq edir".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol