15:21 02.11.2015 1035

Bezotosnı Kamranı keçdi, 729-da dayandı

Topaz Premyer Liqasının XI turunda “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının quru seriyası qırılıb. Fanat.az xəbər verir ki, ardıcıl 8 matçda qol buraxmayan ukraynalı legioner “Kəpəz”lə ev oyununun 2-ci dəqiqəsində topu qapısından çıxarıb. Aleksandr Sitnikin qolu ilə Bezotosnının seriyası 729-cu dəqiqədə qırılıb.


I turun avqustun 8-də “Qarabağ”la Qəbələdə keçirilən oyununda (2:2) qol buraxan qapıçı sonuncu dəfə həmin matçın 83-cü dəqiqəsində rəqiblərinin sevinməsinə şahid olmuşdu. Riçard Almeydanın qolundan sonra AZAL (2:0) və “Kəpəz”lə (1:0) matçlarda qol buraxmayan qolkiper “İnter”lə görüşdə (1:2) iştirak etməyib. Ardınca “Sumqayıt” (1:0), “Rəvan” (3:0), “Xəzər Lənkəran” (6:0), “Neftçi” (1:0), “Zirə” (0:0) və AZAL (0:0) da onun qapısına yol tapa bilməmişdi.


“Kəpəz”lə görüşdə seriyası qırılan Bezotosnı Azərbaycan çempionatlarının 23 illik tarixində 14-cü nəticəyə imza atıb. Ümumiyyətlə isə 1992-ci ildə start götürən yarışda qeydə alınan 17 göstərici Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün zəruri olan 660 dəqiqəlik səddi adlayıb.


Bezotosnı son 4 mövsümdə bunu bacaran yeganə təmsilçimizdir. Ölkə çempionatında sonuncu belə seriya 2012/13 mövsümündə qeydə alınıb. Həmin vaxt “Qarabağ”ın qapıçısı Boyan Pavloviç fərqlənib.


Azərbaycan çempionatlarının ən uzun quru seriyaları


1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə

2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985

3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971

4. Camaləddin Əliyev (“Qarabağ”) – 958

5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952

6. Elxan Həsənov (“Neftçi”) – 943

7. Boyan Pavloviç (“Qarabağ”) – 828

8. Dmitri Kramarenko (“Karvan”) – 798

9. Dmitri Kramarenko (“Neftçi”) – 772

10. Rauf Mehdiyev (“Olimpik”) – 746

11. Elşən Poladov (“Bakı”) – 744

12. Nadir Şükürov (“Dinamo”) – 741

13. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735

14. Dmitri Bezotosnı (Ukrayna, “Qəbələ”) - 729

15. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720

16. Camaləddin Əliyev (“Qarabağ”) – 700

17. Rauf Mehdiyev (“Olimpik”) – 676


Qeyd: Mötərizədə futbolçunun klubu, legionerlərdə isə əvvəl ölkəsi, sonra klubu əks olunub. (pfl.az)


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X