Sabah Avropa Liqasının qrup mərhələsində "Monako"nu qəbul edəcək "Qarabağ" bu gün mətbuat konfransı keçirib. Fanat.az хəbər verir ki, mətbuat konfransına qatılan komandanın üzvü Maksim Medvedev bunları deyib:
"Sabahkı oyunu səbirsizliklə gözləyirik. Son oyunda hiss etdik ki, “Monako” kimi rəqiblə başabaşa mübarizə apara bilirik. Sabah azarkeşlərimizi maraqlı oyun gözləyir. Müdafiəçi olaraq rəqibin hücum xəttini qeyd etməliyəm. Əl-Şaaravi ilə üçüncü dəfə qarşılaşacam. Ona qarşı oynamaq çox çətindi. Ancaq biz komanda şəklində oynayırıq. İnanıram ki, komanda yoldaşlarım da məni tək qoymayacaq. Belə futbolçuya qarşı oynamaq mənə də zövq verir".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol